Üçüncü dünya müharibəsi - Kim qazanacaq?

Üçüncü dünya müharibəsi - Kim qazanacaq?
ABŞ, Rusiya və Çin üz-üzə gələrsə...

Kommersiya məqsədi güdməyən qlobal düşüncə mərkəzi RAND mümkün üçüncü dünya savaşı ssenarilərini hazırlayıb. RAND əsasən Pentaqon tərəfindən dəstəklənən savaş ssenariləri üzərində iş aparıb. 

Bu sayədə ABŞ-ın hərbi gücünün mümkün savaş halında nə qədər təsirli ola biləcəyi yoxlanılır. Savaş ssenariləri - quru, dəniz, hava, kosmik və kiber hücumlar olaraq müxtəlif kateqoriyalarda dəyərləndirilib. 

ABŞ əsgərləri ssenarilərdə mavi rəng olaraq kodlaşdırılıblar. RAND-ın araşdırmaçısı David Ochmanekin sözlərinə görə, Rusiya və Çinə qarşı savaşda mavi kodlu hərbçilərin məğlub olduğu müşahidə edilir. 

"Çox sayda canlı qüvvə, texnika itkisi var. Ssenarilərin çoxunda biz bacara bilmədik". Belə nəticəyə gəlmək olar ki, dünyanın supergücü hesab edilən ABŞ Rusiya və Çinə qarşı davamsızdır. 

Qırmızı kodla göstərilən Rusiya və Çin qüvvələrinin ABŞ hərbi bazalarını hədəf aldığı, savaş gəmilərini batırdıqları və kiber silahlarını işdən çıxardıqları kimi detallar yer alıb. 

ABŞ Müdafiə Nazirliyində xidmət göstərən Robert Vorkun sözlərinə görə, "F-35" qırıcıları göy üzündəki ən yeni texnologiyadır. Amma bu qırıcılar asfaltda müdafiəsiz qalırlar. Bundan başqa ABŞ-ın Avropa və Sakit okeandakı hərbi bazaları da yetərli qədər təhciz edilməyiblər. 

Vork və Ochmanek açıqlamalarında Çinin özəlliklə kiber sistemi hədəf ala biləcəyini qeyd ediblər. ABŞ-ın peyk əlaqələri kəsilir. 

Xatırladaq ki, ABŞ Milli Müdafiə Starateji Komissiyası da ötən ilin noyabrında bənzər hesabat yaymışdı. Burada ABŞ-ın Rusya ilə Baltik bölgəsində ya da Çin ilə Tayvanda qarşı-qarşıya gələcəyi halda böyük itki yaşayacağı məsələsi yer alıb. 

Mütəxəssislər ABŞ-ın hərbi çatışmazlıqlarını aradan qaldırmaq üçün 24 milyard dollarlıq əlavə xərc lazım olduğunu deyirlər. Bu rəqəm ABŞ prezidenti Donald Trampın 2020-ci il üçün hazırladığı 750 milyard dollarlıq müdafiə büdcəsinin 3 faizinə uyğundur.

OXŞAR XƏBƏRLƏR