Cüdo yığmamız Avropa üçüncüsü oldu – FOTO

Cüdo yığmamız Avropa üçüncüsü oldu – FOTO

 

Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının komanda yarışları da Azərbaycan yığması üçün uğurlu olub.

Oxu.Az xəbər verir ki, cüdoçularımız əvvəlcə Latviya millisini 4:1 hesabı ilə məğlub edib. Polşa yığmasına 2:3 hesabı ilə uduzan milli komandamız təsəlliverici görüşlərə qatılıb. 

Burada Yunanıstan cüdoçularına qalib gələn idmançılarımız bürünc medal uğrunda görüşdə Fransa milli komandası ilə qarşılaşıblar. 

Əsl əzmkarlıq nümayiş etdirən Azərbaycan cüdoçuları rəqibinə 3:2 hesabı ilə qalib gələrək Avropa çempionatının bürünc medallarına sahib olublar.

 

 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR