Maqazİn

Corc Kluni qəzaya düşdü - Xəstəxanaya yerləşdirildi

Corc Kluni qəzaya düşdü - Xəstəxanaya yerləşdirildi
Məşhur Hollivud aktyoru Corc Kluni italyan kurortlarının birində avtomobil qəzasına düşüb.

Sfera.az xəbər verir ki, o skuterdə sürərkən avtomobilə çırpılıb. Hadisə bu səhər Kosta-Korallina adlı yerdə baş verib. "La Nuova Sardegna” nəşrinin yazdığına görə,qəza aktyor çəkiliş meydançasına gedərkən baş verib. Aktyoru xəstəxanaya aparıblar. Onun ciddi travmalar almadığı bildirilir.

Qeyd edək ki, 1961-ci il təvəllüdlü aktyor ikiqat "Oskar”, beşqat "Qızıl qlobus” mükafatı sahibidir.

Rəsul
Sfera.az


AdRiver

XƏBƏR LENTİ