“Contact” pulköçürmə sistemi indi Unibank Mobile-da
13:10 / 05.12.2019
4274
Banka getmədən, istədiyiniz yerdə və cəmi bir neçə saniyə ərzində MDB ölkərinə pul köçürə
bilərsiniz. Bu imkanı sizə Unibank Mobile yaradıb. Mobil əlavənin köməyi ilə artıq pul
köçürmələrini çox sərfəli şərtlərlə və bir toxunuşda öz telefonunuzdan edin.
Unibank Mobile-da "Contact” pulköçürmə sistemi sizə bu imkanları yaradır:
Banka getmədən, növbələrdə vaxt itirmədən pul köçürmək;
Köçürdüyünüz pulun saniyələr ərzində ünvanına çatması;
Köçürməni debet və ya kredit kartı, digər bankların əlavə edilmiş kartları və ya mövcud
cari hesabları seçməklə aparmaq imkanı;
Manatla köçürmə etdiyiniz halda komissiya 0% ("Contact”ın həmin günə olan məzənnəsi
ilə konvertasiya olunacaq);
Vəsaiti göndərən şəxsin köçürməni təsdiq etdikdən sonra əldə etdiyi "Köçürmə kodu”nu
vəsaiti qəbul edən şəxsə göndərməsi kifayət edir ki, bu kod vasitəsilə "Contact” köçürmə
sistemi olan istənilən banka yaxınlaşaraq vəsaiti alsın;
Yüksək təhlükəsizlik;
"Unibank Mobile” əlavəsi ilə pul köçürməsi etdiyiniz halda bu ilin sonunadək 3 qat daha
çox bonus qazanmaq imkanı.
Azərbaycanın ən çox istifadə edilən mobil bank əlavələrindən biri olan Unibank Mobile
istifadəçilərinin sayı artıq 500 mini keçib. Mobil əlavə müştəriyə banka gəlmədən əksər bank
məhsul və xidmətlərindən 24/7 istifadə imkanı verir. Hətta Unibank müştərisi olmayanlar da, bu
mobil tətbiqdən rahatlıqla istifadə edə bilirlər.
Unibank Mobile İOS və Android platformalarında işləyir. Unibankın mobil bank xidmətini öz
smartfonunuza və planşetinizə asanlıqla yükləyə bilərsiniz. Tətbiq haqda daha geniş məlumatı bu
linkdən ( //unibank.az/az/umobile/index ) öyrənə bilərsiniz.