Conni Deppin qaynatası onu ölümlə hədələdi – FOTO

Conni Deppin qaynatası onu ölümlə hədələdi – FOTO

Amerikalı aktrisa Ember Xerdin atası onun keçmiş həyat yoldaşı Conn Deppi ölümlə hədələyib.

Sfera.az xəbər verir ki, 56 yaşlı Conni Deppin və 33 yaşlı Ember Xerdin boşanma proseduru yeni faktları üzə çıxarıb.  

Qızın atası Devid Xerdin hədə-qorxuları haqda məlumatı Conni və Emberin maşınlarını təmir edən şirkətin sahibi Devid Killaki yayıb.

Onun sözlərinə görə, cütlük ayrılandan sonra Xerd onunla hörmətsiz davranıb, atası isə Deppi öldürəcəyini bildirib.

"Mən onun atasından çoxlu mesaj almışam. O Texasdan olduğunu və hər bir texaslının 45-ci kalibrli silaha malik olduğunu bildirib, bu silahın nə vaxtsa Depplə görüşəcəyini açıqlayıb”, - deyə Killaki qeyd edib.

Xerdin vəkilləri məsələyə münasibət bildirməsə də Deppin vəkilləri yeni məlumatları məhkəmədə istifadə edəcəklərini dilə gətiriblər.

Xatırladaq ki, Ember Xerd Conni Deppi məişət zorakılığında ittiham edib. Bu günlərdə məhkəmə iclasının 6 ay təxirə salındığı xəbəri yayılıb.(oxu.az)

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...