Con Kerrinin Qarabağ görüşü təsdiqləndi

Con Kerrinin Qarabağ görüşü təsdiqləndi

Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin yaxın günlərdə başlayacağı dünya turu səfəri zamanı müzakirə edəcəyi məsələlərdən biri də Dağlıq Qarabağdakı vəziyyət olacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə Departamentin sözçüsü Con Kirbi məlumat verib.

Con Kerrinin dünya turu çərçivəsində Vyanaya səfər edəcəyini deyən Kirbinin sözlərinə görə, Dövlət katibi Avstriya paytaxtında Dağlıq Qarabağ üzrə görüşdə iştirak edəcək.

"Dövlət katibi orada ABŞ-ın Rusiya və Fransa ilə birlikdə keçirəcəyi Dağlıq Qarabağ münaqişəsi üzrə görüşdə iştirak edəcək və Azərbaycan və Ermənistan rəhbərlikləri müzakirələr aparacaq", - Kirbi bildirib.

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü may ayının 16-na planlaşdırılıb. Rusiya Xarici İşlər Nazirliyinin təsmi nümayəndəsi Mariya Zaxarova da İlham Əliyev və Serj Sarkisyanın görüşünə dair açıqlama verib.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan

Zaxarova bildirib ki, mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır.

Onun sözlərinə görə, prezidentlərin görüşündə Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin də iştirakı gözlənilir:

"Görüşdə əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi riskləri azaltmaqdan ibarətdir. Görüşün vaxtı və formatı dəqiqləşən kimi, əlavə məlumat veriləcək”.

M.Zaxarovanın sözlərinə görə, Moskva hesab edir ki, belə görüşlər danışıqlar prosesinin bərpa olunmasına kömək edəcək.

Mariya Zaxarova - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.   Sfera.az xəbər veri...

Prezident: "Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi"

Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi.   Sfera.az xəbər verir ki, bu sözləri...

Ərdoğan: "Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın düzgün yol seçəcəyi və regionda yeni dövrün başlayacağına ümid etdiyini bildirib.   Sfera.az xəb...

Ceyhun Bayramov çexiyalı həmkarı ilə birgə mətbuat konfransında ÇIXIŞ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə birgə mətbuat konfransında çıxış edib.   Sfera.az x...

Çin Rusiyaya maşın və avadanlıq ixracını azaldır – SƏBƏB

2024-cü ilin martında Çin Rusiyaya maşın, avadanlıq (o cümlədən elektrik avadanlığı), mexanizmlər, onların hissələri və aksesuarlarının birbaşa tədarükünü ...

Dövlət başçısı: "İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik"

İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP29 uğurla keçsin. Eyni zamanda, bu, bizim fikirlərimizi söyləmək üçün fürsət o...