Cocuq Mərcanlıda məktəb tikirlər

Cocuq Mərcanlıda məktəb tikirlər
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində orta məktəb binasının tikintisinə başlanılıb.

 Sfera.az xəbər verir ki, bunu Trend-ə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.

K.Həsənov bildirib ki, kəndin bərpası ilə əlaqədar işlər intensiv şəkildə həyata keçirilir.

Onun sözlərinə görə, artıq kəndin minalardan təmizlənməsi işləri də yekunlaşmaq üzrədir, ANAMA bu günlərdə ərazini təhvil verəcək.

İcra başçısı əlavə edib ki, kəndə qayıtmaq istəyənlərin sayı gündən-günə artır: "Hər gün kənd əhalisindən həm yazılı, həm də şifahi müraciətlər alırıq. Məlum olduğu kimi ilkin olaraq 50 ailə köçürüləcək. Gələcəkdə yeni binalar tikiləndə digər ailələrin də kəndə qayıtması təmin olunacaq".

 

Qeyd edək ki, yanvarın 24-də prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılır.


OXŞAR XƏBƏRLƏR

Energetika naziri ABŞ-yə səfər etdi

Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyasının prezidenti Dennis Francisin dəvəti ilə ABŞ-yə səfər edib.   Nazirlikdən Sfera.az-a ver...

Bu tarixlərdən I sinfə qəbul və məktəb seçimi BAŞLAYIR - Valideynlərin NƏZƏRİNƏ!

Birinci sinfə qəbul üzrə qeydiyyat tarixləri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.   B...

"5 min tərbiyəçinin fəaliyyətində uyğunsuzluqlar müəyyən edilib" - MÜTDA direktoru

"5 min tərbiyəçinin fəaliyyətində uyğunsuzluqlar müəyyən edilib".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət ...

Tıxaclara qarşı necə mübarizə aparmalıyıq? – Ekspertdən TƏKLİF

Tıxaclar Bakıda uzun müddətdir davam edən problemlərdən biridir. Bu problemin aradan qaldırılması üçün yeni yol qovşaqları, tunellər, körpülər tikilir və yollar...

"Bu hədəf üçün qarşıdakı həftələrdə yeni layihələrimiz olacaq" - Eşqi Bağırov

"4 mindən çox ümumi təhsil müəssisələri fəaliyyət göstərir".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agent...