Cocuq Mərcanlıda gün ərzində 656 qəlpə aşkar edilib - FOTO

Cocuq Mərcanlıda gün ərzində 656 qəlpə aşkar edilib - FOTO

Cocuq Mərcanlı kəndində gün ərzində 3 evə və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib, 656 ədəd qəlpə aşkar edilib.

Sfera.az bildirir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, ərazidə mina və partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 19 660 kv.m ərazi (9 160 kv.m əl ilə və 10 500 kv.m mexaniki üsulla) yoxlanılıb.

17 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 26 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843)) aşkar olunaraq zərərsizləşdirilib, 128 226 kv.m ərazi (55 226 kv.m ərazi əl ilə və 73 000 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

 

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 20 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 29 ev və həyatyanı sahəyə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1521 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 157220 kv.m ərazi (84220 kv.m ərazi əl ilə və 73000 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.


OXŞAR XƏBƏRLƏR