Coca Colada nəcis tapıldı - Böyük qalmaqal - FOTO

Coca Colada nəcis tapıldı - Böyük qalmaqal - FOTO

Dünyanın ən məşhur brendləridən və korporasiyalarından olan Coca Cola böyük qalmaqalla qarşılaşıb. Səbəb Şimali İrlandiyadakı zavodda baş vermiş hadisədir.

Milli.Az İrish İndependent-ə istinadən bildirir ki, olayı Şimali İrlandiya Polisi (Police Service of Northern Ireland, PSNİ) araşdırır. Cinayət işi qaldırılıb, istintaq gedir.

Hadisə Şimali İrlandiyadakı Nokmer-Hill sənaye zonasında, Ko Antrim bölgəsindəki Lisbern şəhərində yerləşən Coca Cola zavodunda qeydə alınıb.

Almaniyadan gətirilmiş qalay bankaların olduğu konteynerlər zavodun istehsal konveyerinin olduğu sexin anbarına boşaldılıb.

Fəhlələr yükü yoxlayarkən konteynerdəki qutulardan birinə yığılmış bankalarda nəcisin olduğunu görüblər.

"Biabırçılıqdı, murdarlıqdı! Mexanizmləri söndürdük, konveyeri dayandırdıq. Nəcisə bulaşmış qabları təmizləmək 15 saat vaxtımızı aldı. Qalay bankaları adətən Britaniyadan gəlir. Amma bu dəfə bankalar Almaniyadan göndərilmişdi", - zavodun işçilərindən biri deyib.

İlkin təxminlərə görə, bankalarda nəcisin olmasının səbəbkarı Almaniyadan gəlmiş iritonnajlı yük maşınının kuzovuna gizlicə miqrantların girməsi ola bilər. "Görünür, uzun yol qət edən miqrantlar ayaqyolu yeri qismində bankalardan istifadə ediblər. İstənilən halda bu, şok yaradan hadisədir. Bəs yaxşı, hanı o miqrantlar?!" - polis zabitlərindən biri söyləyib.

 

Coca Cola-nın Şimali İrlandiyadakı zavoduna bankalar qapaqsız gətirilir. Zavodda Coca-Cola içkisi ilə doldurulandan sonra bu bankaların ağzı bağlanır və onlar Şimali İrlandiya ərazisindəki çoxsaylı marketlərə satışa göndərilir.

Polis Nokmor-Hilldəki zavodda araşdırmalara başlayıb.

Coca-Cola da olayın araşdırılmasında PSNİ ilə sıx əməkdaşlıq etdiyini bəyan edib: "Məhsulumuzun keyfiyyəti və təhlükəsizliyi məsələləri bizim üçün həddən ziyadə önəmlidir. Nokmor-Hilldəki insidentdən xəbərimiz var. Baş vermiş hadisə lokal olaydır və hazırda istehsal olunan, satılan məhsullarımıza heç bir halda təsir edə bilməz".

Zavoddakı olayın araşdırlmasına Lisbern və Kastlriq şəhərlərinin şuraları da qatılıblar.


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...