Co Baydendən vaksin AÇIQLAMASI

Co Baydendən  vaksin AÇIQLAMASI
Ağ Evdə çıxışı zamanı Prezident Bayden, COVID-19 əleyhinə üçüncü vaksinasiyanın ölkənin bütün sakinləri üçün pulsuz və əlçatan olacağını bildirib. Ağ Evin rəhbəri özünün mümkün qədər qısa müddətdə üçüncü vaksin dozası almaq niyyətində olduğunu qeyd edib.

Sfera.az xəbər verir ki, Prezident hazırda 60 milyon amerikalının peyvəndin üçüncü dozasını almaq hüququna malik olduğunu vurğulayıb. Üçüncü vaksinasiyadan, 65 və daha yuxarı yaşlı insanlar, həmçinin ciddi xəstəliklərdən əziyyət çəkən və ya ən azı altı ay əvvəl Pfizer / BioNTech istehsalı peyvəndi almış, iş vaxtı COVID-19-a yoluxma riski olan insanlar keçə biləcək.

BioNTech / Pfizer peyvənd istehsalçıları cari ilin ortalarında bu qənaətə gəliblər ki, onların yaratdıqları dərmanların qoruyucu təsiri ikinci peyvənddən altı ay sonra azalmağa başlayır. Bundan sonra, xüsusən də immun sistemi zəifləmiş insanlarda üçüncü dozaya ehtiyac duyulacaq. Peyvənd istehsalçılarının sözlərinə görə, üçüncü vaksinasiya bütün koronavirus variantlarına, o cümlədən Birləşmiş Ştatları əhatə edən delta variantına qarşı bu günə qədər sınaqdan keçirilmiş qorunmanın ən yüksək səviyyəsini təmin edir.

Bayden, hələ də vaksinin bir dozasını belə almamış 70 milyondan çox amerikalıya müraciət edib narazılığını bildirərək, onlara deyib ki, "xəstəxana çarpayılarında yatan, son nəfəslərində alaraq peyvənd almadıqlarına görə peşman olan" peyvənd olunmayan amerikalıları dinləmək lazımdır.
 
(redaktor)

OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...