Cinsini dəyişib ərə gedən bloqer Bakıda - FOTO

Cinsini dəyişib ərə gedən bloqer Bakıda - FOTO
 Cinsiyyətini dəyişib qadın olan, bir neçə həftə öncə özünə dəbdəbəli toy məclisi qurub, futbolcu Gökhan Çıra ilə evlənən Türkiyənin 35 yaşlı məşhur fenomeni Selin Ciyerci Bakıya gəlib.  

Sfera.az  Oxu.az-a istinadən xəbər ki, Selin paytaxtımıza ayaq basan kimi hava limanında media nümayəndələrinin suallarını cavablandırıb. 

Məşhur Azərbaycana ilk dəfə gəldiyini dilə gətirib:  

"Sizin burada olmağınızdan xəbərdar idim, təəcüblənmədim. İlk dəfədir ki, Bakıya gəlirəm, amma atam tez-tez ölkənizin qonağı olur, çünki tekstilçidir. Azərbaycanlıları çox sevirəm. Bura həm iş, həm də gəzmək üçün gəlmişəm. Bakıda həm də kosmetik vasitələrimi nümayiş etdirəcəm”. 
 
Vətəni Türkiyədə yetərincə populyarlıq qazanan Selin "Fenomen olmaq necə bir hiss və duyğudur” sualına bü cür cavab verib: "Fenomen olmaq olduqca əyləncəlidir”.  

Şahzadələrə layiq təmtəraqlı şəkildə toy edib, ailə həyatı quran Ciyerci evləndiyi futbolçu Gökhan Çıradan da bəhs edib: 
 
"Çox xoşbəxtəm. Gökhanı qısqanmıram. Təəssüf ki, onun işi olduğundan Bakıya gələ bilmədi. Amma gələcəkdə Bülent Ərsoy ilə yeni layihəmiz olacaq. Bəlkə onda Gökhan da bizimlə gələr. Həyat yoldaşımla bal ayına hələ çıxmamışıq, amma yeni ildə Rizəyə getməyi düşünürük”. 
 
"Toyunuzda niyə sosial şəbəkələrin fenomeni, makiyaj ustası və stilist Kerimcan Durmaz iştirak etmədi” sualına Selin bu cür reaksiya verib:  
"Kərimcan dostumdur, amma o ərəfələrdə işləri var idi, ona görə toyumuza gəlib, iştirak edə bilmədi”. 

Daha sonra Selin Türkiyə mediasında geniş müzakirə olunan yaxın rəfiqəsi, pop ulduz Demet Akalınla küsülü olması xəbərlərinə bu cür aydınlıq gətirib:  
"Dostların arasında soyuq küləklər əsə bilər, əsas odur ki, nəticə yaxşı olsun. Demet məni öz şəxsi "İnstagram” hesabının "izləmə” bölməsində çıxartmayıb”.
 
Məşhur fenomen ayaqüstü müsahibənin sonunda "Azərbaycanlı müğənnilərdən kimi tanıyırsınız?” sualına "Sizin müğənnilər haqda informasiyam yoxdur. Adlarını belə unuda bilirəm” cavabı verib, tələsik lüks avtomobilə minərək, hava limanından uzaqlaşıb.  

Qeyd edək ki, Selin Ciyerci ailə həyatı qurduqdan sonra verdiyi qalmaqallı açıqlaması ilə gündəmə damğa vurmuşdu. O, ana olmaq istədiyi söyləyib: "Əlbəttə ki, mənim ana olmaq kimi bir şansım yoxdur. Amma Gökhanın ata olmasını çox istəyirəm. Ona görə də xaricdə daşıyıcı ana vasitəsilə ana olmağı düşünürəm. Çünki Türkiyədə bu proses leqal deyil. Planlarımız alınmasa, Türkiyədə övladlığa uşaq da götürə bilərik. Əgər şərtlər imkan verərsə, istəyimizi həyata keçirmək istəyirik. Ancaq bizə uşaq verib-verməyəcəklərini dəqiq bilmirik”.  
Türkiyəli məşhur fenomen Bakıya dünya şöhrətli "make-up” artist Anar Ağakişiyevin dəvəti ilə gəlib.

OXŞAR XƏBƏRLƏR

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ - 2

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, Təzəpir məsci...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...