Cinsi soyuqluq: Frigidlik
23:05 / 23.06.2016
1581
Frigidlik qadınlarda cinsi həyata həvəsin olmamasıdır.
Frigidliyin 4 forması ayırd edilir:
1. Retardasiya forması müvəqqəti xarakter
daşıyır və psixoseksual inkişafın gecikməsi, temperamentin, tərbiyənin
xüsusiyyətləri ilə əlaqədardır. Retardasiya formalı cinsi soyuqluq zamanı cinsi
maraq ya olmur, ya da zəif olur. Erogen zonalar areaktivdir və
ya zəif reaktivdir, cinsi akta maraq yoxdur.
2. Simptomatik forma baş və onurğa beynin
orqanik xəstəlikləri, qurğuşunla, narkotiklərlə xroniki intoksikasiyalar,
endokrin pozulmalarla, uşaqlığın qeyri-düzgün vəziyyətləri, ginekoloji
xəstəliklərlə, avitaminozlarla, infeksiyadan sonrakı asteniyalarda, həddindən
çox yorulmalarda meydana çıxır.
3. Psixogen cinsi soyuqluq seksual funksiyaların
psixi amillərlə zədələnməsi nəticəsində əmələ gəlir. Ailə həyatındakı məyusluq,
məcburi evlilik, birinci cinsi akt zamanı kobudluqlar, isteriyalar, nevrozlar
bu növ frigidliyə daxildir. Buraya qorxu nəticəsində üzə çıxan, dəhşət
dərəcəsində keçən və orqazmın yaxınlaşması ilə cinsi aktı dayandıran fobik
anorqazmiya da daxildir.
4. Konstitusion cinsi soyuqluğun əsasını
psixoseksual funksiyaların anadangəlmə çatışmazlığı təşkil edir. Bu növ
frigidliyin səbəbi aydın deyildir. Güman edilir ki, konstitusional cinsi
soyuqluq (frigidlik) gizli, dərk edilməmiş homoseksual formada təzahür edir.
Cinsi soyuqluq nadir hallarda nigahın pozulmasına səbəb olur. Əksinə kişi
potensiyası aşağı olduğu zaman nikahın stabilliyini artıran amil ola bilir.