Maraqlı

Cinsi azlıqların artamasına bu səbəb olurmuş

Cinsi azlıqların artamasına bu səbəb olurmuş
Son illərdə cinsi azlıqların sayının artmasının səbəbi tapılmış ola bilər.
 
Sfera.az xəbər verir ki, isveçrəli alimlər 3 illik araşdırmadan sonra ətirlərin cinsi hormonların dəyişməyinə səbəb olduğunu üzə çıxarıblar. 
 
Alimlərin açıqlamalarına görə, birbaşa dəriyə nüfuz edən ətirlər insanlardakı hormonların dəyişməsinə səbəb olur.
 
Xarici mətbuatda yer alan xəbərlərə görə, cinsi azlıqların artmasının səbəbkarlarından biri də ətir bazarındakı rəqabətdir. İri şirkətlər qeyri-adi, heç kimdə olmayan qoxular əldə etmək üçün kimyəvi maddələrdən istifadə edirlər. Ancaq bu maddələrin insan orqanizminə necə təsir etdiyi ilə bir o qədər maraqlanmırlar. 

Xatırladaq ki, cinsiyyət hormonları qadın və kişi cinsiyyət vəzlərinin interstisial hüceyrələrində və qismən böyrəküstü vəzinin qabıq maddəsində sintez olunur. Aparılan tədqiqatlardan məlum olub ki, kişi cinsiyyət vəzində (cüzi miqdarda) qadın hormonları, yumurtalıqlarda isə az miqdarda kişi cinsiyyət hormonları vardır. Orqanizmin həyat fəaliyyətində iki hormon: kişilərdə testosteron, qadınlarda estradiol xüsusi rol oynayır. Bu kimyəvi maddələr isə qadınlardakı kişi cinsiyyət hormonunun oyanmağına, kişilərdə isə bunun əksinə səbəb olur.

Nihat HÜSEYNZADƏ
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31