Cins şalvarın cib hissəsindəki kiçik metal düymənin nə üçün qoyulduğunu bilirsiniz?

Cins şalvarın cib hissəsindəki kiçik metal düymənin nə üçün qoyulduğunu bilirsiniz?

Cins parçadan hazırlanmış geyimlər hamımızın qarderobunda çoxluq təşkil edir və həyatımızda önəmli yer tutur. Cins parçadan hazırlanan geyimlərin üzərində, əsas cib hissədə düymə formasında metal bəzəklər olur. Siz də çoxları kimi bu metal düymələrin sadəcə bəzək funksiyasını yerinə yetirdiyini düşünürsünüzsə, yanılırsınız. Onların cib hissəsinin kənarlarına qoyulmasının səbəbi başqadır.

Sfera.az xəbər verir ki, metal düymələrin ciblərin kənar hissələrinə qoyulmasının səbəbi tikişlərin daha möhkəm olmasını təmin etməkdir.

Cins şalvarlar ilk dəfə 1870-ci illərdə istehsal olunmağa başlayıb. Onda cins şalvarlar yalnız işçi geyimi kimi istifadə edilirdi. Lakin cins parçalar ağır işlə məşğul olan fəhlələrin əynində çox tab gətirmir və qısa müddət ərzində parçalanırdı. Bir gün işçilərdən birinin həyat yoldaşı problemin həlli üçün dərzi Jakob Devisə müraciət etməyə qərar verir. Şalvarları möhkəmlətmək üçün nə edə biləcəyini düşünən Jakob çarəni cib kənarlarına metal düymə taxmaq görür. Beləliklə, şalvarın yırtılma ehtimalı aşağı düşür.

Jakobun bu icadı tezliklə dəb dünyasında böyük səs salır. Tələbatı ödəməkdə çətinlik çəkən Devis şərik axtarmağa başlayır. O, tacir Levi Ştrausla cins fabriki açmağa qərar verir. Onlar 1873-cü ildə hazırladıqları cins şalvar dizaynının patentini alırlar. Bir çox sənət adamlarının cins geyimlərə olan marağı onların populyarlaşması, dolayısı ilə ölməzlik statusu qazanması ilə nəticələnir. Hazırda da cins parçadan hazırlanan geyimlər dünyanın hər yerində ən çox satılanlar sırasındadır.

Cinsin vətəni əslində haradır?

Türkiyəli tarixçi və professor Xəlil İnalcık hesab edir ki, cinsin vətəni ABŞ deyil, Türkiyədir. İnalcıkın sözlərinə görə, 15 və 17-ci əsrlərdə Dənizli və Akhisar bölgəsində yetişdirilən pambıq parçalar Hindistandan gətirilən mavi boya ilə rənglənib. Daha sonra İzmirə aparılan bu mavi material oradan Fransaya ixrac edilib. İspanlar bu parçanı Fransadan alıb Amerikadakı koloniyalara aparır və Afrikalı koloniyalara geyindirirmiş.


OXŞAR XƏBƏRLƏR

"Mən itirdikcə qazandım" - Oksana

"İnsan itirdikcə qazanır... Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona... Ü...

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.    Sfera.az-ın məlumatına görə, hadisə bu...

Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"yə qalib gələrək finala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, yarımfinalın cavab matçında "Qarabağ" "Ne...

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...