Cəzaçəkmə Müəssisəsində məhkum ölüb

Cəzaçəkmə Müəssisəsində məhkum ölüb

Azərbaycanda məhkum xəstəlikdən ölüb.

 

APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək azadlıqdan məhrum edilmiş, 1978-ci il təvəllüdlü Elşən Ramazan oğlu Əliyev saxlanıldığı müəssisədə vəfat edib. Onun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.



OXŞAR XƏBƏRLƏR