Ceyhun Osmanlıdan Sərdar Cəlaloğluna dəstək

Ceyhun Osmanlıdan Sərdar Cəlaloğluna dəstək
 

"Sərdar Cəlaloğlu ilə siyasi fikirlərim üst-üstə düşməsə də, deməliyəm ki, Azərbaycan dilinin manevr imkanlarına yaxşı bələd olan və fikirlərini əsaslandırması üçün kifayət qədər mütaliəsi olan insandır”. 

Sfera.az  xəbər verir ki, bu sözləri keçmiş deputat Ceyhun Osmanlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun gender bərabərliyi mövzusunda qalmaqala səbəb olan fikirlərinə müanisbət bildirərəkən deyib. Ceyhun Osmanlı daha sonra bildirib: 

"Mən onun müsahibələrini diqqətlə izləyirəm. Lakin jurnalist xanım hiss olunur ki, öncədən Sərdar müəllimin verəcəyi cavabları proqnozlaşdıra bilməyib.

Məsələn, Sərdar bəy deyir ki, qadın və kişi bərabərdirsə niyə qadın müharibəyə gedib kişilər kimi səngərdə ölmür? Sonra özü əlavə edir ki, bu hüquqdan qadın ona görə istifadə edir ki, milli və dini səbəblər bunu tələb edir.

Belə yerdə xanım jurnalist deyə bilərdi ki, qanunla qadının ərə gedərkən uşaq dünyaya gətirmək məcburiyyəti də yoxdur. Amma buna baxmayaraq qadınlar hamısı könüllü olaraq uşaq dünyaya gətirmək istəyir və bu zaman da onlar öz həyatları ilə risk edir. Bəlkə də doğuş zamanı həyatını itirən qadınların sayı səngərdə həlak olan kişilərdən az deyil. Xanımlar doğuş zamanı əziyyət çəkərkən kişilər dostları ilə kabab yeyərək övladın dünyaya gəlməsini qeyd edir. Amma buna görə hələ kişilərə minnət qoyan qadına qast gəlməmişəm. Gəlin xanımlara qarşı daha ədalətli və mərhəmətli olaq”.

Xatırladaq ki, Sərdar Cəlaloğlu qadınlarla kişilərin bərabər olması barədə iddiaları qəbul etməyib.


OXŞAR XƏBƏRLƏR

Çexiyada may ayında NATO XİN başçılarının növbədənkənar iclası keçiriləcək

Çexiyada mayın 30-31-də NATO ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclası keçiriləcək.   Sfera.az-a TASS-a istinadən xəbər verir k...

İlham Əliyev: "Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb"

Artıq söylədiyim kimi, dırnaqarası “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. ...

Elektrik avtomobilləri ucuzlaşır, satışları ARTIR

Beynəlxalq Enerji Agentliyinin (IAA) hər il dərc etdiyi Qlobal Elektrikli Vasitələrə Baxış hesabatına görə, bu ilin birinci rübündə elektrik avtomobil satışları...

Litva XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı MÜSBƏT QİYMƏTLƏNDİRDİ

Litva Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını müsbət qiymətləndirir.   Sfera.az xəbər verir ki, bu barədə L...

"İnter"in qələbəsi bütün gecə DAVAM ETDİ

"İnter"in kapitanı Lautaro Martinez səhər saat 4-ə qədər komandasının çempionluğunu azarkeşləri ilə qeyd edib.   Sfera.az bildirir ki, &ldq...

Prezident: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik"

Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İl...