Ceyhun Bayramov Dünya Bankının meneceri ilə görüşdü

Ceyhun Bayramov Dünya Bankının meneceri ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykl ilə görüşüb.

XİN-in Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, C.Bayramov Sara Mayklı yeni təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycanın Dünya Bankı ilə olan əlaqələrindən məmnunluqla bəhs edərək ölkəmizin bu əməkdaşlığa yüksək önəm verdiyini bildirib. Azərbaycanla Dünya Bankı arasında, qeyri-neft sektoru, özəl sektor, alternativ enerji, rəqəmsal inkişaf və digər sahələrdə mövcud olan əməkdaşlıq xüsusi ilə qeyd olunub.

C.Bayramov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri, o cümlədən, ağıllı şəhər və kənd, yaşıl enerji, müasir infrastruktur layihələrinin icrası barədə ətraflı məlumat verib. O, həmçinin imzalanmış üçtərəfli bəyanatlara uyğun olaraq, bölgədə bütün kommunikasiya xətlərinin, tranzit yollarının açılışının yalnız iki ölkə deyil, bütün bölgənin gələcək inkişafı baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sara Maykl, növbəti il Dünya Bankının Azərbaycandakı fəaliyyətinin 30 illiyinin qeyd olunacağını bildirərək, ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə edib. O, Azərbaycanın ölkə və ümumilikdə bölgənin inkişafı üzrə böyük vizyonunu bundan sonra da dəstəkləməyə davam edəcəklərini vurğulayıb. Azad olunmuş ərazilərdə həyata keçirilən bərpa prosesinə gəldikdə, ölkə meneceri Sara Maykl aidiyyəti üzrə bu prosesi dəstəkləməyə hazır olduqlarını bildirib.

Görüşdə tərəflər, həmçinin əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR

Uşaq ölümlərinin əsas səbəbi AÇIQLANDI - STATİSTİKA

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) uşaq ölümlərinin və yaralanmalarının yarısı partlayıcı maddələrdən qaynaqlandığını açıqlayıb.   ...

Azərbaycan Prezidenti: "Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib"

Dayanıqlı inkişaf və enerji ilə bağlı. Düşünürəm ki, iqtisadi göstəricilərimiz və sosial proqramlarımız bunu aydın şəkildə göstərir. Neft və qaz gəlirləri işsiz...

İlham Əliyev: "Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir"

Gənc nəslin təhsilinə gəldikdə, biz bu sahədə çalışırıq. Bu, bizim əsas prioritetlərimizdən biridir.   Sfera.az-ın məlumatına görə, bu sözləri P...

Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünəndən etibarən ABŞ-da Azərbaycan rəsmilərinə qarşı sanksiyalar məsələsinin gündəmə gəlməsi içimizdəki satqınların da absurd iddialarına yenidən start vermələ...

Prezident: "Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik"

Hesab edirəm ki, əgər biz Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli toqquşmaya son qoysaq və sülh sazişini imzalasaq, bütün söylədikləriniz yaxın zamanlar...

Əvvəllər də qanunsuzluq etmiş MTK yenə İŞ BAŞINDA: Bu dəfə yanğın törətdilər - FOTO/VİDEO

Nəsimi rayonu Xətai prospekti 38-də yerləşən ərazidə yanğın hadisəsi baş verib.   Bu barədə Sfera.az-a sözügedən ünvanda yaşayan sakinlər məlumat ver...