Cərimənizi ödəyin, yoxsa... - Vaqif Əsədov

Cərimənizi ödəyin, yoxsa... - Vaqif Əsədov

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi cərimələrin ödənilməsi ilə bağlı sürücülərə və piyadalara xəbərdalıq edir.

İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyib ki, sürücülər törədilən xəta ilə bağlı təyin edilmiş cəriməni faizi ilə birgə müəyyən edilmiş müddətdə mütləq ödəməlidirlər:

"Bir daha sürücülərə müraciət edirik ki, əgər cərimələri varsa, ödəsinlər. Ödənilmirsə, həmin sürücülər qanunvericiliyə uyğun olaraq saxlanılacaq və avtomobilləri cərimə meydançasına aparılacaq. Eyni zamanda, sürücünün altı ay müddətində sürücülük hüququndan məhrum edilməsi ilə bağlı yol polisi tərəfindən vəsatət qaldırılacaq. Ötən gündən artıq reydlərə başlanılıb və cəriməni ödəməyən 100-dən artıq nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılaraq cərimə meydançasına aparılıb. Yəni, qanunvericilik bizə imkan verir ki, bu addımı ataq".

V.Əsədov həmçinin qeyd edib ki, piyadalar tərəfindən də cərimələrin ödənilməsinə nəzarət gücləndirilib və müəyyən təsirli tədbirlər həyata keçirilir:

"Yazılmış protokollar üzrə ünvanlara müraciətlər edilib, ərazi üzrə sahə rəisləri bu barədə məlumatlandırılıb. Eyni zamanda, protokol yazılmış şəxslərin təhsil aldığı və yaxud işlədiyi müəssisələr qarşısında cərimələrin tutulması ilə bağlı məsələ qaldırılıb". (trend)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...