“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası keçirilir

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası keçirilir
Bu gün Bakıda "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası keçirilir.

Sfera.az xəbər verir ki, Məşvərət Şurasının IV iclasında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, ”Cənub Qaz Dəhlizi” layihəsinə cəlb edilmiş ölkələrdən – Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dimitri Kumsişvili, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Bolqarıstanın energetika naziri Temenujka Petkova, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Scalfarotto, Yunanıstanın ətraf mühit və energetika nazirliyinin nümayəndələri-Mixail Verroiopolos, Ludovikos Kotsonopoulos, Albaniyadan isə energetika və sənaye nazirinin müavini Enis Aliko iştirak edir.

ABŞ-ı Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio və Böyük Britaniyanı baş nazirin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson təmsil edir.

Monteneqronun enerji məsələləri üzrə dövlət katibi Nikola Vuyoviç, Xorvatiyanın Ətraf mühit və energetika nazirliyinin dövlət katibi İvo Milatiç, Bosniya və Herseqovinadan isə xarici ticarət və iqtisadi əlaqələr nazirinin müşaviri Nedo Kapetina tədbirə qatılıb. Məşvərət Şurasının iclasında ilk dəfə olaraq Türkmənistan və Rumıniya da iştirak edir. Türkmənistanı toplantıda Prezidentin müşaviri Yaxşıgəldi Kakayev, Rumıniyanı isə energetika nazirinin müavini Yuliyan Robert Tudorake təmsil edir.

Tədbirdə TANAP-ın baş direktoru Saltuk Düzyol, TAP-ın icraçı direktoru Luka Şieppatinin rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də başqa regional prezidenti Qəri Counz olmaqla BP şirkəti geniş tərkibdə yer alıb. Bununla yanaşı, toplantıda Snam, Enagas, Axpo və Fluxys şirkətlərinin nümayəndələri də iştirak edir.

Beynəlxalq maliyyə qurumlarından isə tədbirə Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin enerji bölməsinin direktoru Aşok Bhargava, bankın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Nəriman Mannabekov, eləcə də layihə icraçıları Yaqut Ertenliche və Səbinə Cəfərova qatılıb.

Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətinin tərkibinə isə bankın Şərqi Avropa və Qafqaz icraçı direktoru Françis Malige, Qafqaz, Moldova və Belarus üzrə regional direktor Bruno Balvanera, təbii sərvətlər üzrə direktor Erik Rasmussen, Rusiya, Qafqaz və Mərkəzi Asiyada enerji üzrə direktor Aida Sitdikova və baş bankir Veronika Krakoviç və Azərbaycan nümayəndəliyinin rəhbəri İvana Fernandes Duarte daxildir.

Avropa İnvestisiya Bankından isə toplantıda qurumun vitse-prezidenti Vazil Hudakın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə bankın maliyyə bölməsinin müdir müavini Peter Ceffreys, enerji üzrə baş iqtisadçısı Aleksandr Antonyuk, bankın Cənubi Qafqazdakı regional nümayəndəliyinin rəhbəri Sebastien Husson de Sempayni daxildir.

Beynəlxalq Maliyyə Korporasiyasının toplantıda iştirak edəcək nümayəndələri isə bunlardır: Bankın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Tomas Telma, Cənubi Qafqaz üzrə regional direktor Yan van Bilsen və Azərbaycan nümayəndəliyinin rəhbəri Aliyə Əzimova, Almaniya İnkişaf Bankının (KfW) baş icraçı direktoru Klaus Miçalak da tədbirdə iştirak edir. Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda enerji məsələləri üzrə meneceri Sameer Şukla, enerji üzrə baş mütəxəssisi Əbdüləziz Fəqhi və Azərbaycan üzrə ölkə meneceri Naveed Həsən Naqvi Məşvərət Şurasının dördüncü iclasının iştirakçıları sırasındadır. Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyini isə qlobal inkişaf üzrə direktor Markus Villiams təmsil edir.

"Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı açılış mərasimi və salamlama nitqlərindən sonra dörd plenar sessiya üzrə davam edəcək. Birinci sessiyada "Cənub Qaz Dəhlizi” layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar diqqətə çatdırılacaq. Maroş Şevçoviç və energetika naziri Pərviz Şahbazovun moderatorluğu ilə keçirilən ikinci plenar sessiyada layihəyə cəlb edilmiş ölkələrin nazirlərinin çıxışları nəzərdə tutulub. Üçüncü plenar sessiya "Global enerji bazarının dəyişən trendləri fonunda CQD-nin maliyyələşdirilməsi” mövzusuna həsr olunub. Dördüncü hissədə isə "Cənub Qaz Dəhlizi” layihəsinin genişləndirilməsi perspektivləri, İGB və İAP istiqamətləri üzrə məruzələr dinləniləcək. Yekun olaraq "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən "Birgə Bəyannamə”, eləcə də "Albgaz” və "SOCAR Balkans”, həmçinin "Plinacro”, "Albgaz”, "BH Gas” və "Montenegro Bonus” arasında Niyyət məktublarının imzalanması planlaşdırılır.

Daha sonra energetika naziri Pərviz Şahbazov və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti M. Şevçoviçin iştirakı ilə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub. Xatırladaq ki, "Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.(APA)

OXŞAR XƏBƏRLƏR

Mbappe milyonlarla avrodan buna görə imtina edəcək 

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubunu tərk edərək təxminən 130 milyon avrodan imtina edə bilər.   Sfera.az bildirir ki, forvard bu mövsüm al...

"Əlvida, Cavanşirsiz..." - Firuzə İbadovadan GÖZLƏNİLMƏZ AÇIQLAMA

“Cavanşirsiz səhnəni tərk edirəm!”   Sfera.az xəbər verir ki, bu barədə Medianews.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova bildir...

Kobaxidze Viktor Orbanla GÖRÜŞƏCƏK

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə gedib.   Sfera.az xəbər verir ki, məlumatı Gürcü...

ABŞ-nin 61 milyard dollarlıq hərbi yardım paketi: Ukraynaya hansı silahlar veriləcək?

Xəbər verdiyimiz kimi, ABŞ Senatı Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini qəbul edib və qanun layihəsi imzalaması üçün Prezident Co Bayde...

"Universitetlərdə qızların geyimləri, oğlanların isə..." - Ekspert tələbələrlə bağlı qadağaları TƏNQİD ETDİ

Bir sıra universitetlərdə qız tələbələrin geyimlərinə, oğlan tələbələrin isə saqqal saxlamalarına qadağa qoyulduğunun şahidi olmuşuq.   Bəs bu qadağ...

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 21% AZALIB

2024-cü ilin 1-ci rübündə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 25,5% azalaraq 134,5 milyon ABŞ dolları təşkil edib.   Sfera.az APA-ya isti...