Cənab Prezidentdən növbəti humanist addım - EKSKLÜZİV

Cənab Prezidentdən növbəti humanist addım - EKSKLÜZİV
"Cənab Prezident növbəti dəfə vətəndaşına olan qayğını nümayiş etdirdi, humanistlik göstərdi”
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin məhkum Mehman Hüseynovun işinin ədalətli və obyektiv araşdırılması ilə bağlı verdiyi tapşırığa münasibət bildirərkən millət vəkili Elman Məmmədov deyib: 
 
"Bu ilk addım deyil ki, Prezident tərəfindən atılıb. Cənab Prezidentimiz 2003-cü ildən üzü bəri çoxsaylı əfv fərmanları imzalayıb, müxtəlif istiqamətlər üzrə cinayət törədən vətəndaşlarımızı bağışlayıb, onların azadlığa çıxaraq ailələrinə qovuşmasına şərait yaradıb. Təbii ki, bu humanist addımdır. Cənab Prezident növbəti dəfə vətəndaşına olan qayğını nümayiş etdirdi, humanistlik göstərdi. Mehman Hüseynov hələ gəncdir. Ailə vəziyyəti, atasının yaşlı olması, anasını itirməsi, özünün gənc olması nəzərə alınaraq, Cənab Prezidentin həmin şəxsə münasibətdə də humanistlik nümayiş etdirdi və bu istiqamətdə göstərişini verdi. Düşünürəm ki, Mehman Hüseynov və digərləri də Prezidentin bu humanistliyindən düzgün nəticə çıxarmalı, cəmiyyətimiz, dövlətimiz, millətimiz üçün daha faydalı işlərlə məşğul olmalıdırlar. Cənab Prezidentimizin bu addımı təbii ki, alqışlanmalıdır”.
 
Milli Məclisin deputatı Aqil Abbas da sözügedən addımı yüksək qiymətləndirdi: 
 
"Mehman Hüseynovla bağlı işə xitam verilib. Bu da mümkündür. Ona görə ki, Prezidentin tövsiyyəsi əsasında Milli Məclisdə cəzaların yüngülləşdirilməsilə bağlı qanun qəbul olunub. Hər bir hadisəyə görə insanlar həbs olunmamalıdır. Kimlərsə, bir-birinə zərbə vurub deyə, həbs edilməməlidirlər. Onlar sadəcə cərimə verə bilərlər, yaxud da barışmaları mümkündür. Belədə parlamentdə həmin qanunun qəbulu, Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə xeyli sayda insanın cəzası yüngülləşdi. Mehman Hüseynovla bağlı baş verən hadisə də təxminən ona uyğun gələn bir hadisədir. Ona görə ona da ağır cəza verilməyə bilər. Bu mənada Prezidentin həmin məsələ ilə bağlı tövsiyyəsi humanist bir addımdır. Bu günə qədər çoxsaylı amnistiyalar, əfv fərmanları olub. Bu il də əfv fərmanının olacağı gözlənilir. Mehman Hüseynovla bağlı bir sıra QHT təmsilçilərinin müraciətləri oldu. M. Hüseynov gəncdir, müəyyən səhvləri olub, bu fonda bir gəncin həyatı niyə məhv olsun? Çox istərdim ki, tezliklə Seymur Həzi də azadlığa çıxsın. Kiminləsə davası düşüb deyə, niyə içəridə yatmalıdır?”
 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib. Bu barədə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov açıqlama verib. Fuad Ələsgərov deyib ki, məhkum Mehman Hüseynov 2019-cu il yanvarın 20-də Azərbaycan Respublikasının Prezidentinə müraciət edib. Müraciətdə o, barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması üçün Azərbaycan Respublikası Prezidentinin müdaxilə etməsini xahiş edib.
 
Bundan öncə, 2019-cu il yanvarın 18-də M. Hüseynovun məsələsi ilə əlaqədar bir qrup hüquq müdafiəçisi də Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlamışdı. Müraciətlər Azərbaycan Respublikası Prezidentinin diqqətinə çatdırılıb və cənab Prezident dərhal ona reaksiya verib. 

ELÇİN

OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.   B...

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

“Bəzən qətillərə səbəb heç də tamah və ya əxlaq problemlərindən qaynaqlanmır”.   Sfera.az bildirir ki, bunu "Təmiz Dünya" Qadı...

"Deyirlər ki, rus hərbçilərini ilk dəfə biz çıxarmışıq. Hara çıxarmısan?" - Millət vəkilindən müxalifətə

“Rusiya sülhməramlılarının dinc formada Azərbaycandan çıxarılması bütövlükdə Cənubi Qafqaz tarixində yeni mərhələ deməkdir”.   Sfera.az x...

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-dən bildirilib.   S...

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin f...

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...