Avqustun 13-də qaz kəsiləcək - XƏBƏRDARLIQ

Avqustun 13-də qaz kəsiləcək - <span style="color:#ff0000">XƏBƏRDARLIQ</span>
Kateqoriya məlum deyil12.08.25, 21:401225 👁️
T

Ağdaş rayonunun bəzi ərazilərində qaz olmayacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsindən məlumat verilib. 

 

Bildirilib ki, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində Ağdaş rayonu ərazisində Şəmsabad QPS-dən qidalanan Ərəb, Hüşün və Kükək kəndlərini təbii qazla təmin edən D-159 mm-lik ortatəzyiqli əhali qaz xəttinin kipliyə davamlılığının yoxlanılması məqsədilə 13.08.2025-ci il tarixdə saat 09:00-dan işlər yekunlaşanadək cəmi 860 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

 

İşlər başa çatdırıldıqdan sonra isə qazın verilməsi bərpa olunacaq.

PAYLAŞ
Sehliyali
Yüklənir...