Cəmil Məlikov: “Külək və günəş enerjisinin inkişafı üçün 1 milyard manat sərmayə cəlb edilməlidir”

Cəmil Məlikov: “Külək və günəş enerjisinin inkişafı üçün 1 milyard manat sərmayə cəlb edilməlidir”

Yaxın bir neçə ay ərzində hökumətə külək və günəş enerjisinin inkişafına dair təkliflər hazırlanıb göndəriləcək.

 

Bu sözləri APA-ya açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov söyləyib.

 

Prezident İlham Əliyev tərəfindən 2020-ci ilədək Strateji Yol Xəritəsinin təsdiqləndiyini deyən agentlik rəsmisi bu müddətədək kifayət gədər külək və günəş enerjisinin əldə olunacağını qeyd edib: "Külək və günəş enerjisinin inkişafını təmin etmək üçün biz təxminən 1 milyard manatlıq sərmayə cəlb etməliyik. Bunu etmək üçün dövlətin bir neçə imkanları var. Ən yaxşı yol özəl xarici və yerli sərmayələrin cəlb edilməsidir. Bunun üçün xüsusi tarif siyasəti, xüsusi alqı-satqı layihələri əmələ gəlməlidir ki, sərmayə və kreditlər cəlb olunsun".

 

Cəmil Məlikov bununla bağı təkliflərin 2-3 ay ərzində yeni Strateji Yol Xəritəsinə uyğunlaşdırılaraq hökumətə göndəriləcəyini bildirib.


OXŞAR XƏBƏRLƏR