Cəmil Həsənli: “Azərbaycan hakimiyyəti çox böyük uğurlar əldə edib”

Cəmil Həsənli: “Azərbaycan hakimiyyəti çox böyük uğurlar əldə edib”
Parlamentin loyal deputatının radikal müxalifətçiliyə gedən yolu

Sosial şəbəkələrdə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin müxtəlif vaxtlarda - Milli Məclisin üzvü olduğu və sonra Əli Kərimlinin yanına təkrar qayıtdığı zaman etdiyi çıxışları yayılıb. Milli Məclisin üzvü olduğu vaxt Cəmil Həsənli hakim partiya və hökumət nümayəndələri haqqında indikindən fərqli olaraq olduqca hörmətlə danışır.

Aşağıdakı cümlələri Cəmil Həsənli deputat olduğu zaman, 2010-cu ildə Milli Məclisin tribunasından səsləndirib:

"Hörmətli media təmsilçiləri və Azərbaycan hökumətinin çox hörmətli nümayəndələri! Bu gün 2011-ci illə bağlı büdcə sistemi müzakirə edilir. Bəribaşdan deyim ki, büdcə kifayət qədər peşəkarcasına hazırlanıb. Büdcə gəlirləri artım tempini saxlamaqdadır. Bu, müsbət tərəfdir. Büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı bir-iki nümunə deyib keçmək istəyirəm bəzi fikirlərimə. Büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı təhsil sistemini götürmək istəyirəm. Qeyd etmək istəyirəm ki, son bir neçə ildə istər büdcə vəsaiti, istərsə də qeyri-büdcə vəsaiti hesabına Azərbaycan məktəblərinin maddi-texniki bazasının təkmilləşdirilməsi, məktəb binalarının yenidən tikilməsi istiqamətində çox böyük uğurlar əldə edilib. Azərbaycan məktəb fondunun 40 faizi yeniləşib ki, bu da son dərəcə müsbət hadisədir. Təhsil Nazirliyi tərəfindən uzaq dağ kəndlərinə müəllimlərin xüsusi şərtlərlə göndərilməsi istiqamətində büdcə vəsaitindən səmərəli istifadə edilir. Ümid edirəm ki, bunlar təhsil sisteminin, orta məktəb sisteminin qaldırılması istiqamətində Təhsil Nazirliyi tərəfindən götürülmüş xətti doğruldacaq”.

Aşağıdakılar isə bu dəfə artıq Milli Şura sədri olan Cəmil Həsənlinin 2017-ci ili 15 sentyabrında "Məhsul” stadionunda keçirilən mitinqdə səsləndirdiyi fikirlərdir:

"15 sentyabr bu rejimin dəyənəklərinin endirildiyi gündür. Eşq olsun 15 sentyabrı yaşayanlara! Gətirib ölkəni səfalətə çıxarmısınız. (Hökumətə xitab edir-müəll.) Bu gün bizim azad və gülüstan olmalı olan ölkəmizdə insanlar aclıq, səfalət içərisində, bank asılığında, işsizlik girdabında boğulur. Hansı yamanlığı, hansı pisliyi, hansı rəzaləti bu millətə etmək istəmisiniz, amma edə bilməmisiniz?”

Təqdim etdiyimiz nümunələr Cəmil Həsənlinin bir siyasətçi olaraq həyat yolunun necə ziqzaqlı olduğunu göstərir. Aydın görünür ki, Sovet dövründə yetişmiş ziyalı üçün hələ də aydın siyasi platforma, möhkəm əqidə yoxdur. Sanki Milli Azadlıq Hərəkatına da, Xalq Cəbhəsinə də candərdi, nəsə əldə etmək məqsədilə qoşulub. C.Həsənli Xalq Cəbhəsinə sonradan gələnlərdəndir.

Hətta deyilənə görə, 1992-ci ildə "Yurd”dakı dostlarının tövsiyəsi və yardımı ilə "15 may xalq üsyanıdır” dediyinə görə mükafatlandırılıb. Ona qədər kimsə bu adamın Bakıdakı kommunist rejimi haqqında tənqidi fikir səsləndirməsinin şahidi olmayıb. C.Həsənli Ayaz Mütəllibov iqtidarına qarşı daim loyal mövqeyilə seçilib. Xalq Cəbhəsi hakimiyyətində təmsil olunub, Elçibəy iqtidarı devrildikdən sonra AXCP-də qalıb, "Yurd”da təmsil olunub. 2000-ci ildə AXCP Əli Kərimlinin rəhbərlik etdiyi pozucu "Yurd” qruplaşmasından təmizlənəndə indi ədalətdən danışan tarixçi professor Elçibəyə qarşı məqsədli kampaniya apardığı üçün cəbhəçilərin əksəriyyətinin arxa çevirdiyi Əli Kərimlinin yanında yer alıb. Bunun mükafatı olaraq "Yurd” hakimiyyətdəki bəzi dairələrlə bazarlığa gedərək 2005-ci ildə Cəmil Həsənliyə deputat mandatı verdirib. Maraqlıdır ki, "Yurd” qrupu siyasi əllaməlik edərək parlamentə getməkdən imtina etsə də, Cəmil Həsənli Əli Kərimliyə arxa çevirərək mandatına sahib çıxıb. 2010-ci ildə Cəmil Həsənlinin xidmətindən imtina edilib. Bu dəfə o, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yanında görünüb. Sonra Rüstəm İbrahimbəyovla bərabər Ziyalılar Forumunda təmsil olunub, Milli Şuranın yaradılmasında iştirak edib. İbrahimbəyov ənənəvi müxalifəti pis vəziyyətdə qoyub meydandan çəkiləndə Əli Kərimli Cəmil Həsənlini Milli Şuranın sədri təyin edib. Beləcə, C.Həsənlinin "müxalifət karyerası”nın ikinci səhifəsi açılıb. Bu gün Cəmil Həsənli tutduğu posta görə radikal görünməli, sərt danışmalıdır. Amma tanıyanlar bilir ki, siyasi mövqeyi mötədil və "sürüşkən” olan Cəmil Həsənli mübarizə adamı deyil. Əgər bu gün ona elm və təhsil sahəsində yaxşı maaşı olan vəzifə versələr, yəqin ki, Əli Kərimliyə ikinci dəfə arxa çevirər, Milli Şuranı atıb gedər. Bir mandata görə təmsil etdiyi partiyanı, siyasi düşərgəni tərk edib getmiş adam üçün siyasi əqidə, prinsipiallıq ikinci dərəcəli məsələdir.


OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...