ŞOK! Cəlilabadda qəribə OLAY: Maşını olmayan gənc radara düşdü

ŞOK! Cəlilabadda qəribə OLAY: Maşını olmayan gənc radara düşdü
Cəlilabadda bir gəncin başına iş gəlib. Heç bir avtomobili və ümumiyyətlə, sürücülük vəsiqəsi olmadığı halda ondan 10 manat radar cəriməsinin ödənilməsi tələb olunur.

Gənc isə avtomobil idarə etməyi belə bilmədiyini deyir. İndi o, cərimənin ona necə gəlib çıxdığını araşdırır.

İndiyə kimi heç bir avtomobili olmadığı halda adına sürət həddinin aşması ilə bağlı protokol gəlib.

Maraqlı hadisə Cəlilabad rayon Təklə kənd sakini Ceyhun İbişovun başına gəlib. Bir müddət əvvəl onun ünvanına gələn məktubda qeyd edilib ki, paytaxtın Moskva prospektində minik avtomobili ilə sürət limitinin saatda 60 km olduğu ərazidə avtomobili 72 km sürətlə idarə edib.

Ceyhun İbişov isə nəinki Bakıda avtomobil idarə etdiyini, indiyə kimi heç bir avtomobili olmadığını deyir. Məsələni aydınlaşdırmaq üçün Cəlilabad rayon polis şöbəsinə müraciət etdikdə isə məlum olub ki, həmin avtomobil texniki pasportunda Rəsulova Səltənət adlı xanımın adınadır. Lakin avtomobilin idarə edilməsi üçün Ceyhun İbişovun adına bir illik etibarnamə verilib.

Olmayan avtomobilinə görə cərimənin ləğv olunmasını istəsələr də, hələlik bu baş verməyib. Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirilib ki, hadisə ətraflı araşdırılacaq. ("Xəzər TV")

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...