Cəlilabadda qədim məzarlıq aşkarlandı - FOTOLAR
14:19 / 19.09.2021
1409
Cəlilabad rayonunda qədim məzarlıq aşkarlanıb.
Sfera.az xəbər verir ki, məzarlıq rayonun Çəmənli kəndi ərazisində tapılıb.
Məzarlığı bu ərazidə arxeoloji qazıntılar apararkən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları tapıb.
Qəbirlər Miladdan öncə yaşayış sahəsi kimi nəzərdə tutulmuş ərazidə yerləşir. Qəbirlər üzü şərq istiqamətindədir.