Hadİsə

Cəlilabadda qadın kişini bıçaqlayıb

Cəlilabadda qadın kişini bıçaqlayıb
 

Cəlilabadda bıçaqlanma hadisəsi olub.

Sfera.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Qüdrət İsmayılov küçəsi, mənzil 15-də qeydə alınıb. Belə ki, rayon sakini, 1956-cı il təvəllüdlü Heydər Əsgərov bıçaqlanıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, Heydər Əsgərov qonşusu Namiq Abışovun evində onunla və tanışı, 1960-ci il təvəllüdlü Süsən Əliqi ilə birlikdə spirtli içki qəbul edib. Daha sonda N.Abışov yenidən spirtli içki almaq üçün mağazaya gedib. Bu zaman H.Əsgərov və S.Əliqi arasında mübahisə düşüb. Spirtli içkinin təsirində olan S.Əliqi H.Əsgərovu bıçaqlayıb. 

 

S.Əliqi hüquq-mühafizə orqanları tərəfindın saxlanılıb.

Onun barəsində Cəlilabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031