Cəlilabadda iki avtomobil toqquşdu: xəsarət alanlar var
16:16 / 20.05.2017
1051
Cəlilabad rayonunda iki avtomobil toqquşub, iki nəfər xəsarət alıb.
Hadisə Ələt-Astara yolunda, Cəlilabad rayon Diaqnostika Mərkəzinin yaxınlığında qeydə alınıb.
Toqquşma nəticəsində iki nəfər xəsarət alıb. Onlardan biri Cəlilabad, digəri isə Masallı Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Hadisənin baş vermə səbəbi məlum deyil.
Fakt araşdırılır. (apa)
Sfera.az