Cəlilabadda bir neçə nəfər bir qadını döydü
13:33 / 12.01.2020
1609
Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.
"Report”un məlumatına görə, hadisə Qarazəncir kəndində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Cəfərova Günel Şahverən qızı döyülüb. Zərərçəkənə müvafiq tibbi yardım göstərilib.
Qadının dediyinə görə onu tanıdığı şəxslər döyüb.
Faktla bağlı araşdırma aparılır.