Cəlilabadda baş verən qəzada piyada dünyasını dəyişib

Cəlilabadda baş verən qəzada piyada dünyasını dəyişib
 

Cəlilabadda minik avtomobilinin vurduğu 65 yaşlı qadın vəfat edib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza rayonun Qarazəncir kəndi ərazisində baş verib. 

"VAZ 21011" markalı avtomobil 1954-cü il təvəllüdlü Firuzə Əhmədovanı vurub. Nəticədə Qarazəncir kənd sakini olan 65 yaşlı qadın dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR