Cəlil Məmmədquluzadənin ev muzeyi yenidən açıldı - FOTO

Cəlil Məmmədquluzadənin ev muzeyi yenidən açıldı - FOTO

Yazıçı - dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılış mərasimi keçirilib.

Sfera.az xəbər verir ki,  tədbirdə Cəlil Məmmədquluzadənin ilk dəfə Azərbaycana gəlmiş nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin  sədir Anar Rzayev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Milli Məclisin deputatları iştirak ediblər. 

Mədəniyyət nazirinin müavini Vaqif Əliyev bildirib ki, təmirdən sonra ev muzeyində yeni ekspozisiyalar açılıb:

 

"Bu gün çox gözəl gündür. Çünki bu gün Cəlil Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılışında iştirak edirik və ədibin nəslinin davamçıları da bizimlə birlikdədir. Ev muzeyində yeni ekspozisiya açılır.

Cəlil Məmmədquluzadənin ev muzeyinin böyük xidmətlərindən biri də o olacaq ki, biz ədibin irsi ilə yenidən tanış olacağıq. Ümid edirəm ki, muzey ədibin irsinin zənginləşdirilməsində böyük rol oynayacaq”.

AYB sədri bildirib ki, bu gün də Azərbaycan yazıçıları Cəlil Məmmədquluzadənin yaradıcılığından bəhrələnir:

"Mən hər dəfə bu muzeyə gələndə həm fəxarət hissi keçirirəm, həm də kövrəlirəm. Çünki Cəlil Məmmədquluzadənin ömrünün sonuna kimi bu evdə ağır şəraitdə yaşayıb. O, bu evdə öz balalarını soyuqdan qorumaq üçün əlyazmalarını yandırıb, evi isidirmiş. Bu gün də o ocağın istisi bizi isidir”.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qeyd edib ki, 68 illik fasilədən sonra C.Məmmədquluzadənin nəslinin nümayəndələri ilk dəfə Azərbaycana gəlib:

"Mirzə Cəlilin nəvələri İran, Polşa, Fransa və İrlandiyada yaşayır. Cəlil Məmmədquluzadənin nəticəsi və oğlu hazırda bizimlədir. Onlar ulu babalarının evində olacaqlar. Bu evdə Cəlil Məmmədquluzadə ən böyük əsərlərini yazıb.

Bu evin ona verilməsində Nəriman Nərimanovun böyük xidmətləri olub. Sovet rejimi onu İrandan dəvət etsə də ona bir il ərzində lazımı diqqət yetirilməyib. Bu evin birinci mərtəbəsi "Molla Nəsrəddin” mətbəəsi, ikinci mərtəbəsi isə evi olub. Buraya Azərbaycanın görkəmli yazıçıları onunla görüşə gəlib”.

Martin Cavanşiri çıxış edərək, ev muzeyinin açılışında göstərilən diqqətə görə təşəkkürünü bildirib:

"Mən təsəvvür etməzdim ki, Cəlil Məmmədquluzadəyə Azərbaycanda bu qədər sevgi var. Bura ilk dəfə gəlirəm, ümid edirəm ki, bu səfərlər davamlı olacaq”.

Qeyd edək ki, ev muzeyi Cəlil Məmmədquluzadənin 1920-1932-ci illərdə yaşayıb yaratdığı mənzildə yerləşir. Ev muzeyinin təmirinə 2018-ci ilin may ayından başlanılmışdı.(oxu.az)


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...