Cəbhədə vəziyyətin gərginləşməsi kimə lazımdır?

Cəbhədə vəziyyətin gərginləşməsi kimə lazımdır?

Ermənistan işğalçı siyasətindən əl çəkmir, ölkədə iqtidarda olan "Qarabağ klanı" hər vəchlə danışıqları ləngidir, Dağlıq Qarabağın müstəqilliyini, de-fakto işğal olunmuş əraziləri de-yure tanıtmaq üçün min cür oyunlara əl atır. Əlbəttə ki, belə vəziyyətdə Azərbaycan üçün danışıqlar aparmaq çox çətindir. Azərbaycan bu yanaşmanı qəbul etmir. Vəziyyət isə getdikcə gərginləşir. Ermənistana da məhz cəbhə boyu vəziyyətin gərginliyi lazımdır.

Bunu Milli.Az-a açıqlamasında təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov bildirib.

Politoloqun fikrincə, cəbhədə gərginliyin Ermənistan rəhbərliyinin işinə yaramasının bir neçə səbəbi var: "Əvvəla, Ermənistan rəhbərliyi öz xalqını, erməni ictimaiyyətini aldatmaq istəyir. Onlara Qarabağda vəziyyətin gərgin olduğunu göstərmək lazımdır, çünki Ermənistanda əhalinin güclü etiraz dalğası gözlənilir. Digər tərəfdən, Rusiyanı müttəfiq kimi bu məsələlərə cəlb edib özünü Moskvanın əli ilə qorumağa çalışır. Çünki Ermənistandakı hakim kriminal rejimin ölkəni idarə etməyə artıq qüvvəsi qalmayıb. Rejim hər dəfə Qarabağ məsələsindən istifadə edib hakimiyyəti əldə saxlamaq istəyir. Bunlar cəbhə bölgəsində vəziyyətin bəzən gərginləşməsinin əsas səbəbləridir".


Ekspert son dövrlər Ermənistan-Rusiya münasibətlərində yaranmış vəziyyətə də aydınlıq gətirib: "Ermənistan prezidenti Serj Sarqsyanın martın 10-da Moskvaya səfəri həm hərbi məsələlər, yəni Rusiyanın Ermənistana silah verməsi, həm də iqtisadi məsələlər, konkret olaraq Rusiyadan Ermənistana verilən qazın qiymətinin aşağı salınması və yeni kreditlər almaq istəyi ilə əlaqədar idi. Amma o, iqtisadi niyyətlərinin heç birinə nail ola bilmədi. Bu vəziyyətdə Ermənistan rəhbərliyi Avropaya da yaxınlıq nümayiş etdirmək istəyir. Çünki Sarqsyanın Moskva səfəri ilə eyni vaxtda, xarici işlər naziri Edvard Nalbandyan və müdafiə naziri Seyran Ohanyan da Avropa Birliyi ilə əməkdaşlığı inkişaf etdirmək, daha doğrusu, maliyyə yardımı almaq məqsədilə Brüsselə getmişdilər. Lakin onların bu ikibaşlı oyunu nəticə vermir. Reallıq budur ki, Ermənistanın özünü dolandıra bilməməsi Rusiya rəhbərliyini çox əsəbləşdirir. Məsələ o həddə çatıb ki, Rusiyadan gələn yüklərin də pulu Ermənistan büdcəsindən ödənilir. Belə vəziyyət Ermənistanın daxilində də narazılıq yaradır. Çünki onsuz da büdcədə pul yoxdur, olanlar da Ermənistanda Rusiya bazasının saxlanmasına gedir. Ermənistanın Rusiya ilə Türkiyə arasındakı hərbi-siyasi vəziyyətin gərginləşməsindən əldə edəcəyi dividendləri də gözlənilən dərəcədə olmadı. Ermənilərin antitürk kampaniyası və bura Azərbaycanı da qatmaq cəhdləri iflasa uğrayıb. Çünki Azərbaycan Rusiya ilə münasibətləri yenə də yüksək səviyyədə saxladığını əyani şəkildə sübut edə bilib".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları aşağıdakı resurslardan da əldə etmək mümkündür:

//bakunetwork.com

//twitter.com/BakuNetwork

//www.facebook.com/BakuNetwork

//www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtmg


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...