Texnologİya

"Cəbhədə gərginlik davam edir, hər an ağır toqquşma ola bilər"

Düşmən tərəfi cəbhədə təxribatlar törədir, ağır artileriyadan müdafiənin ön xəttindəki mövqelərimizi atəşə tutur. Dünən gecə düşmən qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub və Azərbaycan ordusunun açdığı cavab atəşi nəticəsində ermənilərin bir neçə canlı qüvvəsi məhv edilib.

Son günlər ermənilərin fəallaşması və cəbhədəki gərginlik barədə hərbi ekspert Üzeyir Cəfərov danışıb:

"Faktiki olaraq ermənilər Azərbaycandan ardıcıl ağır zərbələr aldı. Dünən ermənilərin 40 günə yaxın meyitini saxladığı Çingiz Qurbanova Azərbaycan prezidenti Milli Qəhrəman adı verdi. Yenə dünən axşam saatlarında ermənilərin lobbiçilik etdiyi Aleksandr Lapşin Bakıya gətirildi. Rusların o qədər də xoşlamadığı Ukrayna ilə Azərbaycan arasında hərbi əməkdaşlıq söhbətləri ortaya çıxdı. Ukraynanın Azərbaycandakı səfiri Aleksey Mişenko maraqlı bəyanatlar səsləndirdi. Bütün bunlar erməniləri özlərindən çıxardı.

Ermənistan onsuz da cəbhədə təxribatlara meyilli idi, bu gün isə xüsusi ilə cəbhədə vəziyyəti gərginləşdirməyə başladılar. Kimlərəsə qəribə görünə bilər, ancaq baş verənlər hamısı bir-biri ilə bağlıdır. Ola bilsin ki, yaxın saatlarda cəbhədə şiddətli döyüşlər başlasın.
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Lapşinlə bağlı bəyanat verdi. O cümlədən, Ermənistan parlamentində Azərbaycan və Belarusiya ilə bağlı məsələ qaldırılıb. Bunlar hamısı bir-biri ilə bağlı məsələlərdir.

Azərbaycan ordusu ermənilərin açdığı atəşə adekvat cavab verib və ermənilər itkilərə məruz qaldıqlarını etiraf edirlər. Bundan sonra daha da ağır olacaq. Bunu Müdafiə nazirliyi, Azərbaycanın siyasi, hərbi rəhbərliyi bilir. Biz son dərəcə diqqətli, ehtiyatlı olmalıyıq.
İstənilən an cəbhədə toqquşma baş verə bilər. Bunun uzun müddətli və ya qısa müddətli olması barədə heç nə deyə bilmərəm. Amma gərginlik elə bir səviyyədədir ki, hər an cəbhədə ağır toqquşma ola bilər".

mənbə: olke.az
AdRiver

XƏBƏR LENTİ