Cəbhədə gərginlik artır, silahlı mübarizə... - Zakir Həsənov

Cəbhədə gərginlik artır, silahlı mübarizə... - Zakir Həsənov

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar nəticə vermir, cəbhə xəttində gərginlik durmadan artır.

Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov RİA-ya müsahibəsində deyib.

"Son illər Ermənistan və Azərbaycan ordusunun qarşı-qarşıya dayandığı döyüş bölgəsində gərginlik artır. Bunun yeganə səbəbi Azərbaycan torpaqlarının işğal olunmasıdır”, - nazir bildirib.

Zakir Həsənovun sözlərinə görə, qoşunların təmas xəttindəki vəziyyət mürəkkəbdir və bu normal olaraq bəzən silahlı mübarizəyə çevrilir. 2 rəqib ordunun qarşı-qarşıya durduğu müddətdə bunlar baş verəcək, ancaq zərbələr məqsədyönlü şəkildə mülki əhaliyə endirilirsə, bu artıq cinayət deməkdir.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR