CAVİD QURBANOVUN \"İSPAN TAPMACASI\": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

CAVİD QURBANOVUN \
 

"Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin keçirdiyi tenderdə şübhəli məqamlar var. Bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Belə ki, adıçəkilən dövlət qurumu Texniki Nəzarət üzrə Məsləhət Xidmətləri ilə bağlı açıq tender elan edib, tender keçirilib və İspaniyanın "JV TPF Getinsa Eurorestudios – Auxitec Tecnica V Control” şirkəti tenderin qalibi olub.

 

Sfera.az xəbər verir ki, Natiq Cəfərli tenderin qalibi elan edilən şirkətlə bağlı araşdırma aparıb. Məlum olub ki, firma 1992-ci ildə yaradılıb və kiçik müəssisədir. Cəmi bir beynəlxalq layihədə, Səudiyyədə iştirak edib. Ümumi 22 işçisi var, Arribastorres Antonio adlı şəxs şirkətin həm sahibi, həm direktoru, həm də baş məsləhətçisidir. Son dəyərləndirməyə görə şirkətin bazar dəyəri cəmi 879 min 562 avrodur. Şirkətin 364 min 652 avro borcu var və bu günə olan borc öhdəlikləri 1 mln. 318 min 16 avrodur. Qısa müddətli borcu isə 36 min 728 avrodur.Uzunmüddətli investisiya portfeli və maliyyə yatırımları yoxdur. Şirkətin cəmi 16 min 64 səhmi var, əsas səhmdarı da sahibidir. Likvid aktivləri 31 min 614 avrodur.


"ADY isə belə bir tanınmayan və kiçik şirkətlə 8,261 milyon avro (9,277 milyon ABŞ dolları) məbləğində əsas və 0,236 milyon dolar məbləğində əlavə satınalma müqavilələri bağlanılıb. Beləliklə, ADY İspaniya şirkətindən 9,513 milyon dollarlıq, yəni 16 mln. 261 min 200 manatlıq məsləhət alacaq”.


N.Cəfərli tenderdə şübhəli məqamların olduğunu vurğulayaq deyi ki, belə bir kiçik və dayanıqsız şirkət az qala 10 mln. dollarlıq tendirin qalibi necə olub: "Tenderdə başqa hansı şirkətlər iştirak edib? Tenderdə ən aşağı və ən yuxarı təklif necə olub? Bu tip məsləhət müqavilələrinin dəyəri normalda maksimum yüzminlərlə ölçülür, hansı faktora görə bu məsləhət müqaviləsi belə baha olub? Ekspert bütün bu suallara rəsmi cavab olmasa bağlanmış müqavilənin korrupsiya sxemi olduğuna dair şübhələrin artacağını qeyd edib.


Məlumat üçün bildirək ki, "Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Cavid Qurbanovdur və onun rəhbərlik etdiyi qurum ittihamlara rəsmi cavab verməyib.

 

 

Rəşad

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...