İdman

Cavid Qurbanovun çempionatında rəzalət - Oyun hakimsiz keçirildi

Cavid Qurbanovun çempionatında rəzalət - Oyun hakimsiz keçirildi
Azərbaycan voleybolunda biabırçı hadisə baş verib.

Ölkə çempionatı çərçivəsində keçirilən "Lokomotiv” – U-19 matçı peşəkar hakimlər olmadan keçirilib.

Belə ki, hakimlər maaşlarını ala bilmədikləri üçün çempionatı boykot ediblər. Bu səbəbdən qarşılaşmanı "Lokomotiv”in məşqçisi idarə edib. Oyunun xətt hakimləri isə ümumiyyətlə olmayıb.

Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının prezidenti "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdur. O, bu posta 2016-cı ilin oktyabrında seçilib.Yenicag

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031