Cavid Qurbanov: \"Bakı-Yalama dəmir yolunun tikintisinə artıq başlanılır\"

Cavid Qurbanov: \
 

"Bu il Azərbaycan dəmir yollarında sürət həddi orta hesabla 20-30 km civarında artırılacaq”.

Sfera.az xəbər verir ki, bunu REAL TV-yə açıqlamasında "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

Onun sözlərinə görə, sürət həddinin artması dəmir yolu daşımalarında rahatlığı təmin edəcək.

QSC-nin sədri həmçinin xatırladıb ki, "Azərbaycan Dəmir Yolları”ında 2019-cu ildə yükdaşımalar 2018-ci illə müqayisədə 1,250 mln ton artıb.

C.Qurbanov həmçinin əlavə edib ki, Bakıdan Yalamaya qədər olan dəmir yolunun yenidən qurulması Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşdirilir və artıq tikintisinə başlanılır: "Balakənə gedən dəmir yolunda isə Yevlaxda qatarlar dayanıb sonra dəyişirdilər. Biz artıq Bakı-Balakəni birbaşa dəmir yolu ilə birləşdirmək fikrindəyik, onda sürət artacaq. Bu ilin sonuna qədər orta sürəti təqribən 20-30 km artırmağı nəzərdə tuturuq”. 

Xatırladaq ki, Asiya İnkişaf Bankı dəmir yolu sısteminin inkişafı proqramının reallaşdırılması üçün Azərbaycana 400 mln ABŞ dolları məbləğində kredit ayırıb. Kredit vəsaitləri hesabına "Azərbaycan Dəmir Yolları” QSC-nin idarəetmə sisteminin gücləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, Səhmdar cəmiyyətin maliyyə effektivliyinin artırılması, ADY-nin yeni korporativ strukturunun yaradılması, eləcə də Bakıdan Rusiya sərhədinə qədər dəmir yolu infrastrukturunun modernləşdirilməsi nəzərdə tutulur.

Bakı-Yalama dəmir yolu Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsidir. Bu dəhlizlə böyük həcmdə yüklərin daşınması gözləntilərini nəzərə alaraq, Azərbaycan hökuməti Bakı-Yalama və Bakı-Astara (İran sərhədi) dəmir yollarının yenidən qurulmasını həyata keçirməyi qərara alıb.


OXŞAR XƏBƏRLƏR

Borcu ödəməmək üçün tanışını öldürüb

Ötən il dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində Zamiq Cabbarovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamam...

Bakıda narkokuryerdən 5 kq narkotik götürüldü

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkar olunub. Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə...

Sülhməramlılar Azərbaycan ərazilərini niyə vaxtından əvvəl tərk etdi?

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərk etmələri, şübhəsiz ki, ilk növbədə ...

Britaniya İrana qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRDİ 

Böyük Britaniya İsrailə hücumlar fonunda İrana qarşı sanksiyalar siyahısını genişləndirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, 13 İran rəsmis...

Vüqar Qurbanovdan yeni təyinat - FOTO

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi ...

️Piyada diqqətsizliyi ağır qəzaya səbəb oldu

Bu gün saat 16:45 radələrində ADY-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.   Sfera.az ...