Cavid Hüseynov məhkəmədə ifadə verdi

Cavid Hüseynov məhkəmədə ifadə verdi

Bu gün Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının sözlərinə görə, jurnalistlər əvvəlcə məhkəməyə buraxılmayıb.

Vəkil Adəm Məmmədov vəsatət verdikdən sonra jurnalistlərin iştirakı təmin olunub. Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. 

Dövlət ittihamçısı bildirib ki, Cavid Hüseynov ağır cinayətin hazırlanmasında bilərəkdən iştirak etməkdə və gizlətməkdə ittiham olunur. O, hadisə günü qohumu Elşən İsmayılovdan “WhatsApp” yazışmalarını silməyi də tələb edib.

Cavid Hüseynov isə ittihamları qəbul etmədiyini, sübutlarla bunu izah edə biləcəyini söyləyib.

Qeyd edək ki, futbolçu Cinayət Məcəlləsinin 307.1, 307.2 - cinayəti bilib gizlətmə maddəsilə ittiham olunur. 

 Cavid


OXŞAR XƏBƏRLƏR