Cavid Hüseynov həbs oluna bilər - Yenilənib

Cavid Hüseynov həbs oluna bilər -  Yenilənib

Jurnalist Rasim Əliyevin ölümünə görə futbolçu Cavid Hüseynov 8 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər. 

Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında hüquqşünas Tağı Hüseynov deyib.

Onun sözlərinə görə, C. Hüseynovun ölümündən əvvəl mərhumla jurnalist arasında telefon danışığı olub: "R.Əliyevin anasının dediyinə görə, Cavid oğlu ilə Elşən İsmayılovun görüşməsini israrla istəyib".

Hüquşünas hesab edir ki, bu deyilənlər sübuta yetirilmiş olarsa, C.Hüseynov məsuliyyətə cəlb oluna bilər:

“Hazırda istintaq gedir. Təbii ki, ən son sözü hüquq-mühafizə orqanlarının əməkdaşları deyəcəklər. Amma proseslər göstərir ki, C. Hüseynov görüşü özü təşkil edib. Futbolçunun R. Əliyevlə telefonla danışaraq, onun bibisoğlu ilə görüşməsini istəməsindən bir dəqiqə sonra E.İsmayılov jurnalistə zəng edərək harda görüşəcəklərini soruşması şübhə doğurur. Amma bu, daha dəqiqliklə istintaq zamanı bilinəcək. Qeyd etdiyim kimi, bütün bunlar sübut olunmuş olarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə əsasən, C.Hüseynov məsuliyyətə cəlb oluna bilər”.

İstənilən halda jurnalistlərə qarşı zor tətbiq etməni pisləyən T.Hüseynovun fikirincə, istintaq zamanı C.Hüseynovun bibisioğlunu jurnalistlə sadəcə görüşüb, danışmaları üçün göndərdiyi aydınlaşarsa, onda futbolçu cinayət məsuliyyətindən azad ola bilər:

“Hər şey istintaq və dindirilmələrdən sorna məlum olacaq. Dindirilmə zamanı C.Hüseynovla bibisoğlu E.İsmayılovun dedikləri üst-üstə düşərsə, sadəcə R.Əliyevlə danışmaq üçün getdikləri sübut olunmuş olarsa, C. Hüseynov günahsız hesab oluna bilər. Buna görə də o, cinayət məsuliyyətinə cəlb oluna bilməz”.

Qeyd edək ki, avqustun 8-də “Qəbələ” klubunun futbolçusu C.Hüseynovun bibisioğlu E.İsmayılov tərəfindən döyülən jurnalist Rasim Əliyev avqustun 9-da ölüb.

Faktla bağlı cinayət işi açılıb. Hazırda hadisənin baş vermə səbəblərinin və iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cinayət işinin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyinin xüsusi nəzarətindədir.

***

 “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov istintaqa cəlb olunub. Bu barədə “Report”a klubdan məlumat verilib.

C.Hüseynov jurnalist, ann.az saytının əməkdaşı Rasim Əliyevin döyülməsi və sonradan öldürülməsi faktı üzrə müstəntiqlər tərəfindən dindirilib.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...