“Cavab verməyə məcbur olarıq” – Türkiyədən Konqresin silah satışı qadağasına cavab

“Cavab verməyə məcbur olarıq” – Türkiyədən Konqresin silah satışı qadağasına cavab
Türkiyə XİN mətbuat xidmətinin nümayəndəsi Hami Aksoya ABŞ Konqresi Nümayəndələr Palatasının Türkiyəyə silah satışının müvəqqəti qadağan edilməsi haqda qəbul etdiyi qanuna münasibət bildirib.

Sfera.az xəbər verir ki, Aksoy bu qərarın Türkiyənin S-400 raketlərini almaqdan imtina etməsi və rahib Endrü Brunsonun həbsdən buraxılması üçün qəbul olunduğunu bildirib:

"Biz F-35 proqramı çərçivəsində üzərimizə düşən öhdəlikləri bir-bir yerinə yetirdik. Zatən bu çoxdövlətli proqramdır. İmzalanan müqavilə çərçivəsində hər kəsin öhdəlikləri məlumdur və bunların yerinə yetirlməsini gözləyirik. Bu qəbil addımlar ABŞ ilə müttəfiqlik münasibətimizin ruhuna da ziddir. Prezidentimizin də dediyi kimi belə addımlar olması halında biz də cavab verməyə məcbur olarıq”.
 
Rəsul
Sfera.az 


OXŞAR XƏBƏRLƏR