Casusluqda ittiham olunan ermənilərə hökm oxunub - YENİLƏNİB

Casusluqda ittiham olunan ermənilərə hökm oxunub - YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
 
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, həmin şəxslər cəzalarını çəkib başa çatdırdıqdan sonra Azərbaycan hüdudlarından kənara çıxarılmalıdır.

12.17

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında hər iki şəxsin hər birinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hazırda məhkəmə davam edir.

11.54

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vidadi Orucəliyev dindirilib.

O deyib ki, "N" saylı hərbi hissədə xidmət edib:

"11 noyabr 2020-ci il tarixində Şuşa istiqamətində xidmətdə idik. Bu zaman iki nəfər Şuşa istiqamətində mövqelərimizi müşahidə aparırdı. Daha sonra onları saxladıq və sorğu-sual etdik. Həmin şəxslər bizə rus dilində cavab verdilər. Onların Ermənistan vətəndaşları olduğunu bildik. Həmin şəxslərdən Şuşada nə iş gördüklərini soruşduq. Bizə cavab verə bilmədilər. Daha sonra onları müvafiq dövlət qurumlarına təhvil verdik".

V.Orucəliyev bildirib ki, təqsirləndirilən şəxslər saxlanılarkən onlardan humanitar yardım aşkar olunmayıb: "Həmin şəxslərin saxlandığı yerdən Xankəndi şəhərinə yol yox idi. Üzərilərində erməni dilində sənədlər var idi. Onlar mülki geyimdə idilər".

Məhkəməyə digər şahidin prosesdə iştirak etmədiyi qeyd edilib. Həmin şahidlə bağlı Müdafiə Nazirliyinin arayışı məhkəməyə daxil olduğu elan olunub. Arayışda qeyd olunub ki, "N” saylı hərbi hissənin polkovnik-leytenantı Vüqar Abdullayev dövlət sərhədində xüsusi taprışıqlarla bağlı xidmətdə olduğundan yaxın müddətdə məhkəmədə iştirak edə bilməcəyək. Şahid istintaqa verdiyi ifadəni təsdiqlədiyini, məhkəmədə onun ifadəsinin elan olunmasını istəyib.

Məhkəmə V.Abdullayevin istintaqa verdiyi ifadəsini elan edib.

O istintaqda dindirilərkən söyləyib ki, 11 noyabr 2020-ci il tarixində Şuşa şəhərində hərbçi yoldaşı V.Orucəliyevlə xidmət aparan zaman iki nəfərin onların mövqelərini müşahidə etdikləri aşkar ediblər:

"Həmin şəxslərə "Dayan" əmri verdik. Onları sorğu-sual etdik, bizə rus dilində cavab verdilər. Pasportlarından aşkar etdik ki, həmin şəxslər Ermənistan vətəndaşlarıdır. Onlardan burada nə iş gördüklərini soruşduq. Bizə cavab verə bilmədilər. Həmin şəxsləri müvafiq dövlət qurumlarına təhvil verdik".

Daha sonra prosesdə sənədlərin tədqiqi mərhələsinə başlanılıb.

Daha sonra Sujyan Gevorg Rubenoviç çıxış edək peşman olduğunu deyib: "Hamınızdan üzr istəyirik, xahiş edirəm məmi bağışlasınlar".

Digər təqsirləndirilən Davtyan Davit Tiqran da üzr istəyib: "Nə etmişəmsə, Allah mənim cəzamı versin".

Daha sonra hakimlər məhkəmə istintaqının tamamlandığı elan edib. Sonra ittiham nitqi ilə çıxış etmək üçün prokurora söz verilib.

Hazırda prokuror çıxış edir.

10.14

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə şahidlər dindirilir.

07.05

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə şahidlər dindiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...