Canni De Byazinin müqavilə şərtləri və maaşı

Canni De Byazinin müqavilə şərtləri və maaşı
 

Azərbaycan millisinin baş məşqçisi təyin ediləcək Canni De Byazinin müqavilə şərtləri müəyyənləşib.

 

Sfera.az xəbər verir ki, italiyalı mütəxəssislə 1,5 illik müqavilə imzalanacaq. Ancaq yığmanın Millətlər Liqasındakı çıxışından çox şey asılı olacaq. Əgər millinin bu ilin sonuna qədər keçiriləcək turnirdəki çıxışı qənaətbəxş hesab edilsə, De Byazi işinə davam edəcək.

 

64 yaşlı mütəxəssis və onun köməkçilərinə 1,5 il ərzində 900 min avro+bonuslar ödəniləcək. Yığma komanda Millətlər Liqasında qrupu 1-ci tamamlasa, maaş artırılacaq.

 

Canni De Byazi Son olaraq 2017-ci ildə İspaniyanın "Alaves" klubunu çalışdırıb. O, daha çox Albaniya millisindəki nəticələri ilə tanınır. İtaliyalı mütəxəssis yığmanı AÇ-2016-nın final mərhələsinə yüksəltməyi bacarmışdı. (sportal)


OXŞAR XƏBƏRLƏR