Canlı yayıma zəng edən Bülent Ersoy Xoşqədəmi danladı - İncimişəm - Video

Canlı yayıma zəng edən Bülent Ersoy Xoşqədəmi danladı - İncimişəm - Video

Teleaparıcı Xoşqədəm Hidayətqızı və Doğuş Türkiyədə yayımlanan "Renkli sayfalar” verilişinin qonağı olub.

"Qafqazinfo”nun məlumatına görə, cütlük verilişdə evlilik həyatından, gələcəkdə dünyaya gələcək övladlarından bəhs edib. 

Hidayətqızı Doğuşun hamiləlik xəbərini hamıdan gizlətməyə çalışdığını söyləyib.

Daha sonra verilişdə Bülent Ersoyun təbii kürklərdən istifadə etməsi məsələsi müzakirə olunub.

Xoşqədəm Hidayətqızı Bülent Ersoyun ünvanına təriflər yağdırıb:

"Bülent xanım sənətkardır. Çox böyük bir insan olasan ki, sənətkar adını alasan. Onun mahnıları yaşadıq və yaşayırıq. Sizin kimi sənətkarın belə qalmaqallarda adının hallanmasını istəmirəm”.

Bülent Ersoy canlı yayıma bağlanaraq Doğuş-Xoşqədəm cütlüyündən incidiyini bildirib:

"Övladım, gəlin xanımımız. Sənə çox əsəbiləşdim. Sən evləndin, ərin niyə məni toya çağırmadı?”

Xoşqədəm Hidayət qızı isə "İnşallah, uşaqların toyunda sizi çağıracam”,- cavabını verib.

 


OXŞAR XƏBƏRLƏR