“Camaatı iyrəndirməyin” - Aynişan etiraz etdi

“Camaatı iyrəndirməyin” - Aynişan etiraz etdi
 Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın dəbdəbəli toy mərasimi baş tutub. Fitness məşqçisi Kənan Əliyevlə ailə həyatı quran Aynişanın toy məclisindən görüntülər son günlər sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardandır. 

 Sfera.az xəbər verir ki, Aynişan son günlər haqqında çox paylaşım edilməsinə etiraz edib.

"Hər addımımızı paylaşıb, camaatı iyrəndirməyin", – deyə Aynişan sosial şəbəkədə qeyd edib.

Qeyd edək ki, cütlüyün oğlan toyu bir neçə gün sonra Bakıda yox, Ağcabədi rayonunda keçiriləcək. Buna səbəb isə K.Əliyevin qohumlarının və ailə yaxınlarının Ağcabədidə yaşamasıdır. (oxu.az)


OXŞAR XƏBƏRLƏR