Cahangir Hacıyevin bacısı aeroportda saxlandı – Foto

Cahangir Hacıyevin bacısı aeroportda saxlandı – Foto
 

Beynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılaraq, geri qaytarılıb. Ə.Hacıyeva Gürcüstana getmək istəyirmiş.

Ə.Hacıyeva özü də Bizimyol.info-ya xəbəri təsdiqləyib. Bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qardaşı C.Hacıyevin işi üzrə istintaq aparılarkən iki il əvvəl onun da ölkədən çıxışına məhdudiyyət qoyulub. Bu məhdudiyyətlə əlaqədar əvvəlcə yerli məhkəmələrə, daha sonra Avropa Məhkəməsinə şikayət edib.

Avropa Məhkəməsi ötən il dekabrın 13-də onun şikayəti üzrə qərar verərək, ölkədən çıxışına məhdudiyyəti hərəkət azadlığının pozuntusu kimi qiymətləndirib. Bu ilin yanvarında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yenidən bu məsələyə baxıb. Hakim Xaliq İmanov məhdudiyyət qərarını qanunsuz hesab edib: "Məhdudiyyətin götürüldüyünü nəzərə alıb, müalicəyə getmək istəyirdim. Hava limanında sərhəd xidmətində bildirdilər ki, Daxili İşlər Nazirliyi tərəfindən məhdudiyyət qoyulub”.

Ə.Hacıyeva martın 28-də Prezident İlham Əliyevə və Daxili İşlər naziri Ramil Usubova məktub göndərib. Nazirdən ölkədən çıxışına məhdudiyyət qərarının ləğvini xahiş edən keçmiş bankirin bacısı prezidentdən də kömək istəyib:"2018-ci il sentyabrın 15-dən qardaşımla görüşə, telefonla danışa bilmirəm. Notariat əməliyyatları aparmaq belə mənə yasaq edilib. Anamın vəfatından sonra vərəsəlik şəhadətnaməsini belə ala bilmirəm, notariuslar bu əməliyyatı həyata keçirməkdən imtina edir. Cənab prezident, bütün bunlara son qoyulmasında bizə köməklik göstərilməsini Sizdən xahiş edirəm”.

C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. O, Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsində təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib. Hazırda bu məhkəmədə yenə də C.Hacıyevin mühakiməsi gedir. Haqqındakı ikinci cinayət işində C.Hacıyev dostu, keçmiş deputat Dünyamin Xəlilovun vasitəsilə yaradılan şirkətlərə bankdan milyonlarla kredit ayırıb onları birlikdə mənimsəməkdə ittiham olunur.



OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...