Hadİsə

Cahangir Hacıyevi Londondan da vurmağa başladılarmülklərinə həbs qoyulur

Cahangir Hacıyevi Londondan da vurmağa başladılar – mülklərinə həbs qoyulur
Sabiq bankirin arvadı İngiltərə Milli Cinayət Agentliyinin diqqətini cəlb edib; Zamirə Hacıyevanın Böyük Britaniyadakı mal varlığı təhlükədə; ölkədən böyük miqdarda vəsait çıxaran oliqarxların və onların ailələrinin aqibəti yaxşı görünmür

Sfera.az musavat.com-a istinadən xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, 15 illik həbsə məhkum olunmuş Cahangir Hacıyevə qarşı yeni cinayət işi başlanmasına dair məlumatlardan sonra onun Böyük Britaniyada yaşayan xanımının da işinin dolaşdığı məlum olub.

Xatırladaq ki, C.Hacıyevin barəsində yenidən cinayət işinin qaldırılacağına dair "Yeni Müsavat” bir neçə ay əvvəl məlumat vermişdi. Belə ki, bu ilin yanvarında onun ən yaxın adamlarından hesab olunan Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. İstintaqın versiyasına görə, E.Sadiq Cahangir Hacıyev və Beynəlxalq Bank işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı "MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq "MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib.

Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki  Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq, Bakıya gətiriblər. 
Sfera.az
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31