Cahangir Hacıyev 7 milyardlıq əməliyyatda Zərrabla əlbir olub? – İDDİA

Cahangir Hacıyev 7 milyardlıq əməliyyatda Zərrabla əlbir olub? – İDDİA
 ABŞ-ın Federal Təhqiqat Bürosu tərəfindən həbs edilən azərbaycanlı iş adamı Rza Zərrabla bağlı cinayət işinin Azərbaycana uzandığı barədə məlumat vermişdik. AZ24saat.org xatırladır ki, həmin məlumatda "Zərrab işi”ndə azərbaycanlı iş adamlarının da adının hallandırıldığı iddia edilirdi. Həminin iş adamlarının Əhməd Məmmədov və Vidadi Bədəlov olduğu bildirilirdi.

Əhməd Məmmədov "Azərsığorta” şirkətinin rəhbəri Məmməd Məmmədovun oğludur. O, "Azəri-Türk Bank”ın "Mərkəz” filialının direktoru vəzifəsində çalışır.

Cahangir Hacıyev 7 milyardlıq əməliyyatda Zərrabla əlbir olub? – İDDİA
Fazil Məmmədov niyə işdən çıxarılıb?
Rza Zərrab işində adı keçən azərbaycanlılar
"Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi ilə bağlı mediaya "vəhy” gəlib? – VİDEO
Vidadi Bədəlova gəlincə, onun Türkiyədə iri biznes stukturlarının olduğu bildirilir. Bu iş adamının da Azərbaycan hakimiyyətinə yaxın olduğu iddia edilir.

Bu günlərdə isə Beynəlxalq Bankın keçmiş rəshbəri, maliyyə maxinasiyalarına görə 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyevin də "Zərrab işi”nə dolayısı ilə aidiyyatı olduğu barədə məlumat əldə etmişik.

AZ24saat.org hələ bir müddət əvvəl məlumat yaymışdı ki, Cahangir Hacıyevin həbsinin kökündə müəmmalı maliyyə əməliyyatları dayanır.

Onun adı bank əməliyyatının növlərindən olan Server to Server (S2S) vasitəsilə Türkiyədən 7 milyard dollar pul çıxarmaqda hallandırılır. Məlumatda deyilir ki, bu əməliyyatdan Türkiyə rəhbrəliyi – şəxsən Ərdoğan xəbər tutaraq vəsaitin geri qaytarılmasına nail olub.

Bununla yanaşı, məsələ barədə Azərbaycanın dövlət başçısı İlham Əliyev də məlumatlandırılıb. Dərhal Cahangir Hacıyevin fəaliyyətilə bağlı araşdırmalara başlanıb və bəlli olub ki, bankir bir neçə dəfə belə əməliyyatlar həyata keçirib. Cahangir Hacıyev həmin pulların bir hissəsini yeni iş yerləri adı altında yuyub. Bütün bunlardan sonra bankirin vəzifədən uzaqlaşdırılması və həbs olunması qərara alınıb.

Cahangir Hacıyevin bu əməliyyatlarda Rza Zərrabın dəstəyindən də yararlandığı ehtimal oluna bilər. Digər tərəfdən, həmin pulların yuyulmasında da bankirin Zərrabla işbirliyinə getməsi barədə şübhələr var.

OXŞAR XƏBƏRLƏR

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...