Cabbar Musayev haqqında cinayət işi qaldırılan Təranə Qumraldan DANIŞDI

Cabbar Musayev haqqında cinayət işi qaldırılan Təranə Qumraldan DANIŞDI
Müğənni Təranə Qumral barədə Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi qaldırılıb.

Məlumata görə, məhkəmə qətnaməsini qərəzli şəkildə icra etmədiyi üçün o, 3 ilədək azadlıqdan məhrum edilə bilər.

Hər iki qətnamədə qeyd olunur ki, Təranə İbrahimova Məhəbbət Həsənov və həyat yoldaşı Nazənin xanımdan üzr istəməli, eləcə də təkzib verməlidir. 

Hazırda Amerikada olan Musa Musayevin qardaşı, müğənni Cabbar Musayev Sfera.az-a açıqlamasında Təranə Qumral ilə danışmadığını bildirib:

"Bizim nəsil, ailə o adamların heç biri ilə danışmır. Münasibətimiz yoxdur, Allah eləməsin də. Münasibətlərimiz sıfır dərəcəsindədir".

Müğənni yeni diplomla təltif olunduğu haqda da ilk dəfə olaraq Sfera.az-a danışıb:
 
"Hazırda Amerikadayam. Novruz bayramı ilə əlaqədar olaraq Nyu-Yorkda möhtəşəm konsert verdik. Dövlət xətti ilə gəlmişik. Burada diplomla təltif olunduq”.

Sfera.az


OXŞAR XƏBƏRLƏR