Üç türk nazirinin Bakı görüşü: Bu ölkə ilə münasibətlər bizim üçün son dərəcə əhəmiyyətlidir - ŞƏRH

Üç türk nazirinin Bakı görüşü: Bu ölkə ilə münasibətlər bizim üçün son dərəcə əhəmiyyətlidir - ŞƏRH
"Bildiyiniz kimi, bu Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü idi. Və digərlərində olduğu kimi əsas vurğu iqtisadi-ticari, mədəni əməkdaşlıq və bu əlaqələrin genişləndirməsi yolları oldu". 

Bu sözləri Sfera.az-a Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının Bakıda keçirilən görüşü ilə bağlı açıqlamasında analitik Vüqar Zifəroğlu deyib.
 
 

Onun sözlərinə görə, yekun sənəddə də vurğulandığı kimi, ölkələr iqtisadi-ticari əlaqələri gücləndirmək, qarşılıqlı sərmayə qoyuluşunu təşviq etmək, enerji, nəqliyyat, telekommunikasiya, mədəniyyət və digər sahələrdə əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər:

"Əslində Türkmənistanla münasibətlər bizim üçün son dərəcə əhəmiyyətlidir və belə görüşlərin keçirilməsi iqtisadi, siyasi və energetika sahələrində münasibətlərin daha da dərinləşməsinə təkan verir"

Qeyd edək ki, ötən gün Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Bakıda üçtərəfli görüşü keçirilib.

Azad Əliyev
Sfera.az

OXŞAR XƏBƏRLƏR