Üç qurum "NAZ-Lifan"ı sevindirdi

Üç qurum "NAZ-Lifan"ı sevindirdi

Musa Abdullayev: "Sifarişlər çoxdur, biz də bu istiqamətdə işləri davam etdiririk"

Prezident İlham Əliyevin yerli istehsalın artırılması ilə bağlı dövlət məmurlarına Naxçıvan

 Avtomobil Zavodunun (NAZ) istehsalı olan avtomobilləri almalarını tövsiyə etməsindən 

sonra müraciətlərin sayında artım olduğunu deyən direktor Musa Abdullayev modern.az

 saytına konkret 3 şirkətə avtomobil satdıqlarını bildirib: "Təkliflər çoxdur, amma bunu

 reallaşdıranlar da olub. Bunlar Gəncə Avtomobil Zavodu, Azərbaycan Dövlət Sığorta-Kommersiya

 Şirkəti və "Azpetrol"dur. Bu 3 şirkətin əldə etdiyi avtomobillər bizim 5 aya satdığımız 

avtomobillərin sayına bərabərdir. Sifarişlər çoxdur, biz də bu istiqamətdə işləri davam etdiririk".

M.Abdullayev deyib ki, həmin şirkətlərə satılan avtomobillər hələlik iki markadır: "Bunlar 

əlimizdə olan "Lifan Jeep" və "Lifan 720" avtomobilləridir. Bütün sifarişləri də qəbul edirik. 

Hazırda Çində Yeni il bayramı qeyd olunur. Buna görə də durğunluq var. Biz planlaşdırırıq

 ki, fevralın 14-15-də böyük nümayəndə heyətilə Çinə səfər edək. Görüş zamanı əsasən 

qiymətlərin aşağı salınması nəzərdə tutulub. Biz istəyirik ki, ürəyindən keçən hər kəs

bu avtomobili sürə bilsin".


OXŞAR XƏBƏRLƏR

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...