Üç milyardlıq istiqrazı kim alacaq? – Azərbaycanda

Üç milyardlıq istiqrazı kim alacaq? –  Azərbaycanda

Beynəlxalq Bankın maliyyə durumunun sağlamlaşdırılması məqsədilə bir sıra addımlar atılıb. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1 manat olan 3 milyard faizli dövlət təminatlı istiqrazların buraxılması da bu qəbildəndir. Bəs atılan bu addım yaranmış gərgin durumdan çıxmağa kömək edəcəkmi? Üç milyard dəyərində istiqrazın buraxılmasının hər hansı fəsadı ola bilərmi? 

Sfera.az xəbər verir ki, iqtisadçı Samir Əliyev “Azadlıq” qəzetinə açıqlamasında bildirib ki, istiqrazların çapı dövlət başçısının müvafiq sərəncamının icrasını təmin edir. S.Əliyevin sözlərinə görə, bu sərəncamın əsas mahiyyəti Beynəlxalq Bankın zərərli, toksid aktivlərini “Aqrarkredit”ə yönəltmək idi. Beynəlxalq Bankın özündə sağlam aktivlərin saxlanıldığını deyən S.Əliyev bildirib ki, hazırda “Aqrarkredit”in istiqrazlarının buraxılması dövlət vəsaiti hesabına vəziyyətdən çıxmaqdır: “Aqrarkredit”in 3 milyardlıq istiqrazını Mərkəzi Bank alacaq. Bu istiqrazlar satışa çıxarılmayacaq. Mərkəzi Bank bu istiqrazları, çox güman ki, aşağı faizlə alacaq. Nəticədə həmin vəsait bu yol ilə sağlamlaşdırılacaq. Amma baş verənlərdə maraqlı məqam odur ki, Mərkəzi Bank bu istiqrazları alacaqsa, deməli, o, bazara 3 milyard pul kütləsinin buraxılmasına səbəb olacaq. Nəticədə Mərkəzi Bank sərəncamında olan vəsaiti bazara yönəldəcək. Bu isə bazarda pul kütləsinin artmasına gətirib çıxaracaq. Bu isə investisiyanı artıran faktordur".

MB-nin bu istiqrazları almaq üçün 2 yolunun olduğunu deyən S.Əliyev bildirib ki, bank ya pul çap etməlidir, ya da öz sərəncamındakı vəsaiti bazara yönəltməlidir: “Əslində Mərkəzi Bankın sərəncamında pul kütləsi var. Dövriyyədə olan pul kütləsi 2014-cü ildə 12 milyarda yaxın idi. Hazırda bu pul kütləsi yeddi yarıma düşüb. Ona görə Mərkəzi Bankın sərəncamında 4.5 milyard yarım pul kütləsi var. Görünür, bu vəsaitin bir hissəsi istiqrazların alınmasına yönəldildi. Bu bir borcdur. Mərkəzi Bank aldığı istiqrazların müddəti başa çatdıqdan sonra onları ”Aqrarkredit"ə qaytaracaq. Amma dövriyyədə pul kütləsinin çoxalması inflyasiyanı gücləndirəcək”.

Bank güclü olduqca onun istiqrazının faizinin aşağı olduğunu deyən S.Əliyevin sözlərinə görə, istiqrazlara qoyulan faiz müqabilində onu heç kim almaz. Ona görə bu prosesi Mərkəzi Bank reallaşdıracaq.


OXŞAR XƏBƏRLƏR

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...